Budapeştdə “Azərbaycan-Macarıstan: Mədəniyyətlərin dialoqu” mövzusunda V beynəlxalq elmi konfrans keçirilb
Budapeştdə "Azərbaycan-Macarıstan: Mədəniyyətlərin dialoqu" mövzusunda V beynəlxalq elmi konfrans keçirilb. SİA-nın xəbərinə görə, Azərbaycanın Macarıstandakı səfirliyi, AMEA və Macarıstan Elmlər Akademiyasının Dünya İqtisadiyyatı İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan və macar xalqlarının tarixi, arxeologiyası, etnoqrafiyası, dili və ədəbiyyatı, habelə çağdaş iqtisadi münasibətlər və beynəlxalq iqtisadi inteqrasiya prosesləri ilə bağlı 50-yə yaxın elmi məruzə dinlənilmiş və geniş müzakirələr aparılıb.
Tədbiri giriş sözü ilə Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev açaraq ənənəvi olaraq keçirilən tədbirin əhəmiyyətindən söz açıb. O, keçirilən tədbiri Azərbaycanla bağlı informasiyanın daha geniş coğrafiyada yayılması üçün Prezident İlham Əliyevin diplomatik korpusumuz qarşısında qoyduğu vəzifənin həyata keçirilməsi istiqamətindəki növbəti addım kimi dəyərləndirib.
Daha sonra Macarıstan Elmlər Akademiyasının Avropa Folkloru İnstitutunun direktoru, professor Mihal Hoppal, AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor İsa Alıyev çıxış ediblər.
Konfransda AMEA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru Allahyar Muradov "Biliyə investisiya iqtisadiyyatın əsas amili kimi" və institutun əməkdaşı, iqtisad elmləri namizədi Təranə Nəcəfova "Azərbaycanda məşğulluğun mövcud vəziyyəti və qadın sahibkarlığının inkişafı" mövzusunda məruzələrlə çıxış ediblər.
Azərbaycan, Macarıstan, Türkiyə, Ukrayna, Polşa, Bolqarıstandan olan alimlərin də iştirak etdikləri elmi diskussiyalarda tarix, arxeologiya, etnoqrafiya, dil, ədəbiyyat, musiqi, iqtisadiyyat və digər sahələr diqqət mərkəzində olub.
Konfransın gedişində, həmçinin ötənilki IV konfransın iki cilddə çap olunmuş materiallarının təqdimat mərasimi keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB