Tehranda Suriyada siyasi nizamlanma üzrə Astana prosesi çərçivəsində bu ölkədə atəşkəsə qarant ölkələr olaraq Türkiyə, Rusiya və İran liderlərinin Suriya böhranına həsr edilən üçtərəfli sammiti işə başlayıb. SİA-nın verdiyi məlumata görə, sammitdə çıxış edən İran prezidenti Həsən Ruhani Suriya müharibəsinin hərbi yolla həllinin olmadığını vurğulayıb. Bildirib ki, Suriyadakı müharibə alovunu söndürmək və ölkənin bütövlüyünü qorumaq üçün ortaq bir mexanizm işlənib hazırlanmalıdır. Ruhaninin sözlərinə görə, yeni mexanizm Astana prosesinin davamı olmalıdır.
Fürsətdən istifadə edərək Ruhani ABŞ başda olmaqla, İranın Suriyadan çıxmasını tələb edən Qərb ölkələrinə mesaj da göndərib. Həmin mesajdan Türkiyəyə də pay düşüb.
Qeyd edək ki, məhz bu sammitdə İdlibin taleyinə - ora birgə hücumun təşkil edilib-edilməməsinə, yaxud Bəşər Əsəd hökumətinə bu məsələdə dəstək verilməsi məsələsi barədə qərar qəbul ediləcəyi ehtimal olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB