Tehran görüşündən ciddi MESAJLAR

Xəbər verdiyimiz kimi Tehranda İran, Rusiya və Türkiyə prezidentlərinin zirvə toplantısı öz işinə başlayıb. SİA “CNN Türk”ə istinadən Liderlərin görüşdən əvvəl verdiyi açıqlamaları təqdim edir:

İran prezidenti Həsən Ruhani: “Ümid edirəm ki, zirvə görüşü uğurlu olacaq. Hörmətli Putin, hörmətli Ərdoğan və dəyərli qonaqlar xoş gəlmişsiniz. Suriyanın qanunu hökuməti ilə əməkdaşlıq edilməlidir. Terrorla mübarizədə sülh zəruridir. Yüzminlərlə Suriyalının öz torpaqlarına geri qayıtması üçün şərait hazırlamalıyıq. Bunun üçün Suriya hökumətinə köməyimizi əsirgəməməliyik. İlk və son rol Suriya millətinindir. Suriyanın ərazi bütövlüyü çox önəmlidir. ABŞ-ın qanunsuz müdaxiləsinə son qoyulmalıdır. Problemin həlli üçün üç ölkə olaraq daha çox bir yerdə olmalı və görüşlər keçirməliyik. Çünki üzərimizdə mühüm məsuliyyət var”.

Rusiyanın dövlət başçısı Vladimir Putin: “İlk növbədə İran prezidenti Həsən Ruhaniyə təşəkkür etmək istəyirəm. Zirvə toplantısı Tehranda keçirilir. Bizə Suriyadakı hadisələri müzakirə etmək üçün şərait yaradıldı. Hazırda Suriyanın 90 faizi nəzarət altındadır. Qalanları İdlib münaqişə zonasındadırlar. Müxtəlif təxribatlar hazırlanır. Bu təxribatlarda kimyəvi silahlarda istifadə edilir. BMT-də Konstitusiya Komitəsi yaradılacaq. Astana danışıqları ilə bağlı həmrəylik nümayiş etdirməsək işimiz çox çətin olacaq”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: “Bütün dünya zirvə toplantısından əldə ediləcək qərarı gözəyir. İdlibə hücum qətliam və insan faciəsi ilə nəticələnə bilər. Məsələ Astana razılaşması ilə həll olunmalıdır. ABŞ-ın bölgədə daha bir terror təşkilatı gücləndirməsində narahatıq Türkiyə bölgədəki varlığını qorumaqda qərarlıdır. Hər kəs Tehran Xəbərdarlığını gözləyir. Növbəti toplantımız Rusiyada olacaq. Baş verənlər intensiv şəkildə sərhədimizə yaxınlaşır. Bu baxımdan İdlibdə atəşkəsə dair addım atılmalıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə