Tehranda zirvə toplantısı öz işinə başlayıb

Tehranda zirvə toplantısı öz işinə başlayıb

Tehranda İran, Rusiya və Türkiyə prezidentlərinin zirvə toplantısı öz işinə başlayıb. SİA-nın İranın “İrna” agentliyinə istinadən verdiyi xəbərə görə, zirvə görüşündən öncə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın İranın dövlət başçısı Həsən Ruhani ilə təkbətək görüşü keçirilib.

Məlumata görə, zirvə görüşü üç prezidentin giriş nitqi ilə başlayacaq. Sonra müzakirələr qapalı şəkildə aparılacaq. Zirvə toplantısının yekununda Putin, Ruhani və Ərdoğan birgə bəyanat qəbul edəcəklər, müzakirələrin qiymətləndirilməsi ilə mətbuata müraciət edəcəklər.

Qeyd edək ki, üçlü formatda ilk görüş 22 noyabr 2017-ci il tarixində Soçidə keçirilib. Növbəti zirvə toplantısı aprelin 4-də Ankarada keçirilib. Tərəflər bu işi ən yüksək səviyyədə davam etdirmək niyyətlərini bildirərək birgə bəyanat qəbul ediblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə