BAXCP rəsmisi: “Radikal müxalifət xaricdən maliyyələşir “ ÖZƏL-MÜNASİBƏT
"Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların maliyyələşməsi iki halda baş verir. Birincisi, dövlət büdcəsindən maliyyələşənlər, bunlar birbaşa Azərbaycan xalqının verdiyi vergi hesabına vəsait alan partiyalardır. Digər isə, xaricdən maliyələşən siyasi partiyalar. İkincilərə ona görə pul verilir ki, həmin xarici qüvvələrin əlaltıları olsunlar, onların maraqlarını Azərbaycanda qorusunlar. Bu partiyaların maliyələşməsi əsasən radikal müxalifətin təmsilçiləri olur". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, bu günə qədər bir çox hallarda öz təsdiqini tapıb ki, radikal müxalifət Azərbaycanın dövlət maraqlarının əleyhinə olan bir sıra xarici təşkilatlardan maliyə alıblar: "Bunu adətən QHT vasitəsi ilə həyata keçirirlər. Həmin partiyaların rəhbərliyinə olan şəxslərin ailə üzvlərinin QHT-ləri və ya onlara yaxın şəxslərin QHT vasitəsi ilə həyata keçirirlər. Son zamanlara qədər bunu qonşu ölkələr vasitəsi ilə həyata keçirirdilər. Xatırlayırsınızsa, Əli Kərimlinin müavini Gözəl Bayramlı Gürcüstan dövləti üzərində bir ildə 41 dəfə həmin ölkəyə səfər etmişdi və son məqamda da gömrük də onun üzərindən küllü miqdarda ABŞ dolları tapıldı. Bunu çox sadə üsulla həyata keçirirdilər. Xaricdən ayrılan pulu Gürcüstanda açdırdıqlar bank hesabına köçürdürdülər. Gürcüstanda xarici vətəndaş bir gün ərzində özünə QHT təsis edə bilər. Bank hesabı açdıra bilər. Əsas istiqamət ona yönəlməlidir ki, bu pulları həmin siyasi qüvvələrə boş yerə vermirlər. Onlar həmçinin öz iqtisadi maraqlarını təmin etmək üçün cənab Prezident İlham Əliyevə təzyiq etmək üçün özlərinin əlaltılarına bu cür maddi yardımlar edirlər. İstənilən vaxtı da həmin partiyalardan yararlanırlar. Necə deyərlər, pulsuz pendir, yalnız tələdə olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB