Dövlət Sərhəd Xidmətinin rəisi: "Qarşıya qoyulan bütün tapşırıqlar yüksək səviyyədə icra olunur"

Dövlət Sərhəd Xidmətinin rəisi: "Qarşıya qoyulan bütün tapşırıqlar yüksək səviyyədə icra olunur"
"Azərbaycanın iqtisadi cəhətdən inkişafı Dövlət Sərhəd Xidmətinə ayrılan vəsaitin həcminə ciddi təsir göstərib. Bizə kənar mənbələrdən vəsaitin daxil olmasına ehtiyacımız yoxdur". Bunu jurnalistlərə açıqlamasında Sərhəd Qoşunlarının komandanı E.Quliyev ABŞ-ın Azərbaycanın dövlət sərhədlərinin qorunmasına yardım etmək təklifinə münasibət bildirərkən söyləyib. Amerika ilə ikitərəfli əməkdaşlığa gəlincə E.Quliyev bildirib: "Son illər ərzində Dövlət Sərhəd Xidmətinin büdcəsi 20 dəfə artıb. Bu da qarşıya qoyulan bütün tapşırıqların yüksək səviyyədə icra olunması üçün zəmin yaradır". Eyni zamanda, E.Quliyev bildirib ki, Dövlət Sərhəd Xidməti hazırda Xəzəryanı dövlətlərlə, o cümlədən Avropanın bir çox dövləti ilə çox yüksək səviyyədə əməkdaşlıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə