Bu gün Şimal Katerlər Divizyonunun təməlqoyma mərasimi keçirilib - TƏDBİR
Bu gün Xaçmaz rayonunun Muxtadır kəndi yaxınlığında Şimal Katerlər Divizyonunun təməlqoyma mərasimi keçirilib. SİA-nın Xaçmaz rayonuna ezam olunmuş müxbirinin verdiyi məlumata görə, tədbirdə DSX-nın rəisi E.Quliyev, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev iştirak edib. Dövlət sahil mühafizə xidmətinin rəisi İlham Mehdiyev bildirib ki, Şimal Katerlər Divizyonu müasir tələblərə cavab verən yeni bir sərhəd mühafizə məntəqəsi olacaq. Divizyonda quraşdırılan müasir avadanlıqlar Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin şimal istiqamətində yerləşən ərazilərini fasiləsiz nəzarət altında saxlamağa, axtarış-xilasetmə və digər əməliyyatların təxirəsalınmadan yerinə yetirilməsinə imkan yaradacaq. Eyni zamanda, dənizdə dövlət sərhədinin mühafizəsinə aviasiya qüvvələrinin cəlb edilməsi və xidmət aparan gözətçi gəmilər ilə qarşılıqlı əlaqələ yaratmaq imkanlarını daha da genişləndirəcək.
Qeyd edək ki, Xudat sərhəd dəstəsində Yuxarı Zeyxur və Aşağı Qalanxur sərhəd məntəqələri də sərhədçilərin istifadəsinə verilib. Daha sonra jurnalistlərə açıqlama verən Elçin Quliyev 2010-ci il ərzində DSX tərəfindən görülən işlər barədə danışıb. O qeyd edib ki, cari ildə DSX qarşıya qoyulan tapşırıqların icrasını yüksək səviyyədə həyata keçirib və cənab Prezident İlham Əliyev tərəfindən verilən bütün tapşırıqlar tam yerinə yetirilib. Eyni zamanda sərhəd mühafizəsində əldə edilən nailiyyətlərdən danışan DSX rəisi cari ilə ərzində 30-a yaxın sərhəd məntəqəsi kompleksinin istifadəyə verildiyini qeyd edib: "Eyni zamanda ailəli zabitlər üçün yaşayış evləri istifadəyə verilib. Çünki yaşayış şəraiti zabitin xidmətinin təşkil olunmasına dəstək verir. Bu il 400-ə yaxın zabitimiz xidməti yaşayış evləri ilə təmin olunub. Cari ildə əhəmiyyətlilik nöqteyi-nəzərindən Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq dövlət sərhədlərimizin bir hissəsində delimitasiya işinin yekunlaşması və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında müqavilənin imzalanmasını ən yüksək səviyyəyə qoyardım. Bu sənədin imzalanması böyük tarixi əhəmiyyət kəsb edir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB