Vladimir Putin və Nikol Paşinyan 8 sentyabr tarixində görüşəcəklər

Vladimir Putin və Nikol Paşinyan 8 sentyabr tarixində görüşəcəklər

Rusiya və Ermənistan liderləri danışıqları Kremldə aparacaq

Rusiya Ermənistan danışıqları 8 sentyabr tarixində baş tutacaq. Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada görüşəcəklər. Bu informasiyanı dövlət başçısının mətbuat katibi Dmitriy Peskov təsdiq edib.

Baş nazirin nəzərdə tutulan səfəri Ermənistanda hakimiyyət dəyişikliyindən sonra üçüncü səfərdir. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın hökumət başçısı Nikol Paşinyan 14 may tarixində Soçi sammitində danışıqlar aparmışdılar. Növbəti görüş isə 13 iyun tarixində Moskvada futbol üzrə dünya çempionatının açılış mərasimində baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə