Vladimir Putin Azərbaycana, Tacikistana və Özbəkistana səfər edəcək
Kreml Prezidentin xarici səfərləri barədə məlumat verib
Rusiya Prezidenti Vladimir Putin yaxın zamanda Azərbaycana, Tacikistana və Özbəkistana səfər edəcək. Bu barədə "İzvestiya" nəşrinə Rusiya dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuru Uçakov bildirib. Onun sözlərinə görə dövlət başçısının bu üç ölkəyə səfəri sentyabr və oktyabr aylarında baş tutacaq.
Sentyabr ayının sonlarında Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfər edəcək. Bununla yanaşı, 27-28 sentyabr tarixində dövlət başçısı MDB ölkələri liderlərinin Tacikistanın paytaxtı Düşənbə şəhərində keçiriləcək görüşündə iştirak edəcək. Oktyabr ayında isə Vladimir Putinin Özbəkistana səfəri planlaşdırılır. Prezidentin xarici səfərləri barədə informasiyaları Rusiya dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuru Uçakov təsdiq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB