“Azərbaycan-Xorvatiya əməkdaşlığı faydalı və perspektivlidir” ŞƏRH-ÖZƏL

“Azərbaycan-Xorvatiya əməkdaşlığı faydalı və perspektivlidir” ŞƏRH-ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya səfərindən sonra ölkələr arasında münasibətlərdə yeni mərhələ açılıb". Bu fikirlər SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Xorvatiya kiçik dövlət olmasına baxmayaraq, mühüm strateji məkanda yerləşdiyini deyən politoloq söyləyib ki, Balkan yarımadası hər zaman mühüm yer olub: "Xorvatiya kiçik dövlət olmasına baxmayaraq, həm NATO, həm də Avropa Birliyinin üzvüdür. Azərbaycan Xorvatiya arasında münasibətlər də hər zaman əməkdaşlıq, dostluq səviyyəsində olub".

Politoloq qeyd edib ki, bir müddət bundan öncə Xorvatiyanın Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycana səfər etdiyi zaman da iki ölkə arasında maraqlı, ciddi müzakirələr aparılmışdı: " Lakin Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya səfəri zamanı daha geniş şəkildə müzakirələrin aparılması və sənədlərin imzalanması bu münasibətlərin daha da inkişafının göstəricisidir. Artıq ölkələr arasında əməkdaşlıq yeni səviyyəyə yüksəlmiş olur ".

F. Sadıqovun sözlərinə görə, sözügedən səfərdən sonra Azərbaycanla Xorvatiya arasında həm kənd təsərrüfatı, həm turizm, həm də digər sahələrdə əməkdaşlıq daha sıx şəkildə davam etdiriləcək: "NATO-nun, eləcə də Avropa İttifaqının tam hüquq üzvü olan Xorvatiya Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycan tərəfi də əlbəttə ki, Xorvatiya kimi ilə dövlətlə hazır olduğunu bəyan etmişik. Prezident İlham Əliyevin səfəri mühüm idi. Səfərin nəticələri və imzalanan sənədlər iki ölkə arasında əməkdaşlığın perspektivli, faydalı və strateji maraqlara cavab verdiyini göstərir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə