Gəncə Avtomobil Zavodunun istehsal həcmi 3.5 dəfə artıb

Gəncə Avtomobil Zavodunun istehsal həcmi 3.5 dəfə artıb

Cari ilin müvafiq dövrü ərzində Gəncə Avtomobil Zavodunda istehsal həcmi 3.5 dəfə artıb. Bu barədə SİA-nın bölgə müxbirinə müəssisənin Satış Marketinq İdarəsinin rəisi Konstantin Barabanov məlumat verib. Onun sözlərinə görə, zavodda çalışan işçilərin orta aylıq əmək haqqı 1.2 dəfə, işçilərin sayı 1.32 dəfə, dövlət büdcəsinə ödəmələr 18.5 dəfə, büdcədən kənar ödəmələr isə 1.8 dəfə artıb.

2010-cu ilin müvafiq dövrü ərzində Belarus traktorları 700 ədəd, "MAZ" markalı yük maşınları 477 ədəd, müxtəlif tipli qoşqular 160 ədəd, özüyeriyən və təmizləyən traktorlar 68 ədəd, 25 tonluq avtokranlar isə 6 ədəd istehsal edilib.

Cari ilin sonuna kimi zavodda 332 ədəd Belarus traktorlarının, 320 ədəd "MAZ" avtomobillərinin, 140 ədəd isə müxtəlif modifikasiyalı qoşquların istehsalı nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə