Türkiyənin İzmit şəhərinin Kartəpə qəsəbəsində Heydər Əliyev Parkı açılacaq. SİA-nın "Haber1" saytına istinadən verdiyi məlumata görə, parkın açılışı üçün son hazırlıq işləri görülür.
Parkın sahəsi 4950 kvadrat metrdir. 297 metr uzunluğu olan park dekorativ beton hasarla əhatələnib. Burada basketbol, futbol və stolüstü tennis meydançaları olacaq. Parkın dekabrın 25-də yerli vaxtla saat 13:00-da açılışı nəzərdə tutulub. Açılışda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edəcək.
Parkın iki ölkə arasındakı dostluğu gücləndirməsi baxımından xüsusi əhəmiyyət daşıdığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB