Amerikalı nazir: “Birqütblü dünyanın dağılmasından narahatıq”

Amerikalı nazir: “Birqütblü dünyanın dağılmasından narahatıq”

“ABŞ-ın daxili təhlükəsizlik nazirliyi birqütblü dünyanın dağılmasından narahatdır”. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə nazir Kirsten Nilsen Corc Vaşinqton adına universitetdəki çıxışında deyib.

Amerikalı nazir bildirib ki, yeni beynəlxalq vəziyyət birqütblü dünyaya ciddi təhlükə yaratmağa başlayıb. “Onilliklər boyu beynəlxalq sistemi xarakterizə edən güc balansı dağılır”, deyə qeyd edən Kristen Nilsen xüsusilə Amerikanın birqütblü dünyasının təhlükə altında olduğunu bəyan edib: “Hakimiyyət vakkumu bütün dünya üzərində baş qaldırmaqdadır və çox qısa zaman ərzində terrorçularla və transmilli cinayətkarlarla düşmən dövlətləri doldurmaqdadır. Onların hər biri ümumi hədəfə doğru irəliləyirlər: onlar bizim həyatımızın yaşam obrazını pozmaqla, xaos, qeyri-stabillik toxumları səpirlər”.

Amerikalı nazir xüsusi olaraq, diqqəti kibertəhlükəsizlik məsələsinə yönəldib. Onun sözlərinə görə, bəd düşüncəlilər ABŞ-a xələl vurmaq üçün boşluqlar axtarışına çıxıblar. Kirsten Nilsen bu riskin 2001-ci ilin 11 sentyabr riski ilə eyni olduğunu da bildirib. O, belə bir fikir irəli sürüb ki, xarici düşmənlər tərəfindən ABŞ-a olan təhlükə "Soyuq müharibə" dövründən bu yana ən yüksək həddə çatıb.

Nilsenin sözlərinə görə, Çin, İran, Şimali Koreya və Rusiya öz milli elementlərinin bütün gücünü, o cümlədən, maliyyələrini, ticarətlərini, kibernetiklərini, casusçuluğu, informasiya əməliyyatlarını və s. başqa çoxsaylı faktorları istifadə edərək Vaşinqtonu zəiflətməyə, öz şəxsi maraqlarını realizə etməyə çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə