Ermənistanda etiraz aksiyası keçirilir

Ermənistanda etiraz aksiyası keçirilir

Ermənistanda etiraz aksiyası keçirilir. SİA-nın verdiyi məlumata görə, Yerevanın Şenqavit rayonunda aksiya iştirakçıları "Sanitek" şirkətinə etiraz edirlər.

Onlar paytaxtda tullantıların yığılmasına məsul olan bu şirkətin bir neçə aydır ki, işini düzgün təşkil etmədiyini, şəhərdə antisanitar vəziyyətin yarandığını bildirirlər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə