Türkiyəli nazir: “Türkiyəyə yönəlik açıq bir maliyyə hücumu var"
Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak “Kriter” jurnalına verdiyi bir müsahibədə, türk iqtisadiyyatının niyə hədəf alındığı ilə bağlı açıqlama verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Albayrak bildirib ki, beynəlxalq aktorların Türkiyəyə yönəlik investisiyalarının artaraq davam edəcəyinə birlikdə şahid olacağıq.
“Bu ilin iyunun 24-də Türkiyədə keçirilən prezident və parlament seçkilərindən sonra valyutalarda anormal artım müşahidə olundu. Aydındır ki, bu artım iqtisadi əsasda izah edilə bilməz. Türkiyəyə yönəlik açıq bir maliyyə hücumu var. ABŞ prezidenti Donald Tramp birbaşa "Türk lirası" ifadəsini istifadə edərək Türkiyə iqtisadiyyatını hədəf aldı. Türkiyənin iqtisadiyyatına yönəlik ABŞ tərəfindən əməliyyat davam edir”, deyə nazir qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB