WikiLeaks cəbhəsində şok xəbər

WikiLeaks cəbhəsində şok xəbər
ABŞ-a aid gizli sənədləri nəşr edən WikiLeaks adlı internet saytının qurucusu Julian Assangenin həbs olunduğu bildirilib. SİA-nın məlumatına görə, Assange polisə təslim olub.

İnterpol tərəfindən axtarılan 39 yaşlı Julian Assange İngilis polisi tərəfindən həbs olunub. Assangenin bu gün City Magistrate Courtda (City Sülh Cəza Məhkəməsi) hakim qaşısına çıxarılacağı deyilir.
Avstraliyada yaşayan Assangenin, İngiltərənin cənub-şərq bölgəsində saxlanıldığı bildirilir.

İngilis polisinin tutduğu Assangenin İsveç tərəfə təslim edilib edilməyəcəyi sual altındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə