Ermənistan Prezident Administrasiyasının rəhbəri istefa verib?

Ermənistan Prezident Administrasiyasının rəhbəri istefa verib?

Ermənistan Prezident Administrasiyasının rəhbəri Karen Karapetyan istefa ərizəsini prezidentə təqdim edib. SİA-nın "armtoday" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, K.Karapetyanın belə bir addım atmasına səbəb İrəvan meri, "Qara Qaqo" ləqəbli Qaqik Beqlaryan ilə prezident Serj Sarkisyanın mühafizə qrupunda olanlardan biri ilə yaranan qarşıdurma olub.

 

Erməni mətbuatının yazdığına görə, hadisələrin hansı formada inkişaf edəcəyi məlum deyil: "Məlum deyil ki, İrəvan meri də dostunun arxasınca gedəcək, yoxsa sevimli kreslosundan əl çəkməyəcək".

 

Xəbərdə qeyd olunub ki, "Jamanak" qəzeti Qaqik Beqlaryan ilə prezident S.Sarkisyanın mühafizə qrupunda olanlardan biri ilə yaranan qarşıdurma haqqında bugünkü nömrəsində məlumat verib. İrəvan merinin "Qndo" ləqəbli mühafizəçini "Меtaks" zavoduna gətirdiyi və orada döydüyü iddia edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə