Efiopiya ilə Eritreya barışdı - 20 İL SONRA

Efiopiya ilə Eritreya barışdı - 20 İL SONRA

Efiopiyanın kommersiya gəmisi 20 ildən sonra ölkələr arasında baş vermiş hərbi münaqişənin ardınca bu gün Eritreya limanına daxil olub. SİA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Agentlik yazır ki, Efiopiya gəmisi Qırmızı dəniz sahilində yerləşən Massaua şəhərinin limanına daxil olmaqla barışıq rəmzi olaraq dəyərləndirilib. Qeyd olunur ki, kommersiya gəmisi 11 min ton Eritreya sinkini Çinə daşıyacaq.

Xatırladaq ki, bu ilin 8 iyul tarixində Efiopiyanın baş naziri Abiy Əhməd Eritreyanın paytaxtında ölkə prezidenti İsayyas Afevorki ilə görüşüb və onlar arasında mübahisəli ərazilərlə bağlı danışıqlar baş tutub.

Eritreyanın informasiya nazirliyində isə bu səfəri tarixi görüş kimi qiymətləndiriblər və qeyd olunub ki, iki ölkənin liderləri 20 ildən sonra bunu reallaşdırmaqla, əməkdaşlığın və sülhün yeni erasına qədəm qoyublar. Görüşün sonunda Abiy Əhməd və İsayyas Afevorki sülh və dostluq haqqında deklorasiya imzalayıblar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə