Azərbaycan və Yaponiya arasında birbaşa aviareys açıla bilər. SİA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda yaponiyalı həmkarı Taro Kono ilə birgə mətbuat konfransında deyib.
E.Məmmədyarov bildirib ki, bugünkü görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib:"Hər iki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Azərbaycanda 30 Yaponiya şirkəti fəaliyyət göstərir. Yaponiya Azərbaycana təqribən 7 milyard dollar investisiya yatırıb. Yaponiyadan Azərbaycana gələn turistlərin sayı artır. Bu gün turizmin inkişafı üçün Yaponiya və Azərbaycan arasında birbaşa aviareysin açılması məsələsini də müzakirə etdik".
Nazir bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Yaponiyanın mövqeyi bəllidir: "Onlar hesab edirlər ki, bu münaqişə tezliklə öz həllini tapmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB