Siyasi məğlubiyyətdən doğan terror çağırışları ANALİTİK + FOTO
Yaxud, Vidadi İsgəndərli Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimovun yolunu necə davam etdirir
Yadınızdadırsa, hələ 2015-ci ildə AXCP sədri Əli Kərimlinin Fransada “siyasi mühacir” adı altında yaşayan əmisi oğlu, həmin partiyanın üzvü İnqilab Kərimov Facebook sosial şəbəkəsində İŞİD terror qruplaşmasına çağırış edərək, qaniçənləri Azərbaycana gedərək baş kəsməyə səsləmişdi. “Azərbaycana xoş gəlirsən İŞİD”, deyə yazan Ə.Kərimlinin əmisi oğlu Kərimovun bu statusu sosial şəbəkədə ciddi etirazla qarşılandı və Azərbaycan dövlətinə qarşı təxribat, cinayətkar şəbəkəyə dəstək kimi qiymətləndirildi, eləcə də lənətləndi.
Lakin həmin vaxt sağlam düşüncəli cəmiyyət, ictimai rəy tərəfindən pislənilən terror çağırışı sözügedən sosial şəbəkədə bir sıra AXCP üzvləri də bu statusu “like” edildi, hətta bəziləri dəstək statusları yazaraq, İŞİD-in Azərbaycana gələcəyi halda, onları gül-çiçəklə qarşılayacaqlarını belə ifadə etdilər. Bu kimi vəziyyət isə, istər “Milli Şura” və AXCP rəhbərliyinin, istərsə də radikalizm, dağıdıcılıq prinsipinin gerçək mahiyyətini ortaya qoymuş oldu.
Beləliklə, bir daha sübut olundu ki, bu cür “adamlar” öz ambisiya və maraqları naminə ən ağlasığmaz addımlar atmağa, İŞİD-lə belə müttəfiq olmağa hazırdırlar. Hansı ki, istər AXCP, istərsə də “Milli Şura” və oraya üzv olan siyasi təşkilatlar hakimiyyətə iddialı olduqlarını deyərək, demokratiyadan dəm vururlar və Azərbaycanda sivil hakimiyyət quracaqlarını iddia edirlər. İndi isə keçək mövzunun mətləbini əxz edən digər məsələyə...
Vidadi İsgəndərli Nikol Paşinyanı özünə qardaş seçib
Bu günlərdə yenə də Avropada “siyasi mühacir” adı altında yaşayan və orada Orduxan Teymurxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli və s. kimi Azərbaycan düşmənlərinə satılmış xainlərlə əlbir olan Vidadi İsgəndərlinin bənzər çağırışlarına. Xatırladaq ki, bu “adam” Youtube.com-a yerləşdirdiyi növbəti videoçıxışında Azərbaycan torpaqlarını işğal edən Ermənistanı, erməni xalqını tərifləyib, onları “demokratiya quran xalq” adlandırıb, Nikol Paşinyanı isə az qala özünə qardaş hesab etdiyini bildirib.
Digər tərəfdən, Azərbaycan dövlətinə qarşı aşağılayıcı fikirlər səsləndirən V.İsgəndərli guya ölkədə “inqilaba hazırlığın getdiyini”, hətta “silahlı inqilab”ın belə olacağını iddia edib. Əslində, küt və sərsəm iddiaları ilə normal insanların baş-beyinlərini aparan V.İsgəndərli bütövlükdə dəli, axmaq təsiri bağışlayan biri kimi tanınmaqdadır. Çünki o, bir az da irəliyə gedərək, bir sıra şəxslərə və onların yaxınlarına gələcəkdə ölüm hökmü çıxarılacağı kimi hədələr də ünvanlayıb.
Avropada “siyasi mühacir” adı altında yaşayan xainlər yığnağı üçün heç bir milli, demokratik, hüquqi və s. dəyərlər yoxdur
Məsələnin ilginc tərəfi də budur ki, məhz İsgəndərlinin bu videoçarxından sonra da xüsusilə, AXCP və “Milli Şura” üzvləri, eləcə də Müsavat və s. radikal təmayüllü partiya təmsilçiləri həmin fikirlərə dəstək çıxıb və bununla, onlar da erməniləri özlərinə qardaş hesab etdiklərini bir növ, etiraf ediblər. Əks halda, Ermənistanda baş verənləri “demokratiya” kimi qələmə verənin, Azərbaycana qarşı düşmən mövqeyində dayanaraq, terror çağırışları edən birinin dəstəyinə qalxmazdılar. Bu isə bir daha sübut edir ki, hazırda Avropada “siyasi mühacir” adı altında yaşayan xainlər yığnağı üçün heç bir milli, demokratik, hüquqi və s. dəyərlər yoxdur. Onlar sadəcə və sadəcə erməni lobbisinin, bu lobbi ilə əməkdaşlıq edən anti-Azərbaycan xarakterli güclərin əllərinə baxır, onlara nökərçilik edirlər.
Deputat: “Azərbaycan əleyhinə apardıqları kampaniya gerçəkdən də çox təhlükəli bir həddə çatıb”
Bu arada, sözügedən məsələyə Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc mətbuat vasitəsi ilə kəskin münasibət bildirib. Onun sözlərinə görə, xeyli müddətdir Azərbaycan içərisindən seçilmiş və hər cür siyasi İŞİD elementi kimi bu dövr ərzində özünü xarakterizə eləyən və Avropanın əsas paytaxtlarında özlərinə yer tapan, sığınacaq alaraq orada hüquq-mühafizə orqanları tərəfindən ciddi müdafiəyə götürülən, hətta kəşfiyyat orqanları tərəfindən himayə olunan Vidadi İsgəndərli, Orduxan Teymurxan və digərlərinin youtube kanalı vasitəsilə Azərbaycan əleyhinə apardıqları kampaniya gerçəkdən də çox təhlükəli bir həddə çatıb. SİTAT: “Hesab edirəm ki, buna bizim siyasi çağırışlarımız səviyyəsində reaksiyalar məsələni bütövlükdə bitirməyəcək. Yəni bu, qətiyyən siyasi mübarizə sayıla bilməz. Heç bir halda Avropanın baş meydanlarında hakimiyyət uğrunda mübarizə aparanlar dediyimiz qəbildən addımlar atmırlar. Hətta Fransanın ən sağ milliyyətçi partiyası olan Xalq Cəbhəsində bu faşist təmayüllərini görmək mümkün deyil”.
“Vidadi İsgəndərli özünün xəstə və şizofrenik düşüncələrində lap uzağa gedərək silahlı mübarizəyə çağırır”
Deputatin sözlərinə görə, V.İsgəndərlinin danışıqlarına diqqət etdikdə elə bilirsən ki, Hitler başqa bir görkəmdə meydana çıxarıb: “Vaxtilə müxtəlif ölkələrə qarşı ayrı-ayrı dövlətlərin tərkibində bu cür mücahidlər yetişdirilirdi, indi o sahədə Vidadi İsgəndərli özünün xəstə və şizofrenik düşüncələrində lap uzağa gedərək silahlı mübarizəyə çağırır. Bu bir erməninin dilindən səslənmir, reallıqda ad və soyadı azərbaycanlı olanların dilindən səslənir. Əslində bu adamlar mahiyyətcə ermənidən pisdirlər...”
Lakin məsələnin digər tərəfi də budur ki, V.İsgəndərli və onun timsalında olan digər adları çəkilənlərin həmin əməlləri hələ də davam edir və bunun qarşısının alınması üçün əslində, yaşadıqları dövlətlərin hüquq-mühafizə orqanları tədbirlər görməlidirlər.
Belələrini Azərbaycanın qanunları qarşısında diz çökdürməyin tam zamanıdır!
Çünki bu gün Avropada yaşayan yalnız bu kimi əxlaqsız, terror təşəbbüsçüləri deyil, bu qitənin aparıcı ölkələrində ziyalılarımız, sağlam düşüncələrə mənsub olan vətənpərvər qardaş və bacılarımız, dövlətçilik maraqlarımızı qoruyan insanlarımız yaşayırlar və onların dəfələrlə yaşadıqları ölkələrin müvafiq qurumlara müraciət etmələri də məlumdur.
Ancaq təəssüf ki, müəyyən edilməli olan tədbirlər hələ də görülməmiş qalır. Və belə qalacaqsa, V.İsgəndərli, İ.Kərimov kimi terror çarğırışları edənlər də erməni dəyirmanına su tökməkdə, İŞİD-i, Ən-Nüsra-nı, Əl-Qaidə-ni də dəstəkləməkdə, Azərbaycana dəvət etməkdə davam edəcəklər. Yəqin ki, əməli işlərə keçib, bu cür xəyanətkarları hüquqi dövlət olan demokratik Azərbaycanın qanunları qarşısında diz çökdürməyin tam zamanıdır cənablar!
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB