Səfir: "Lissabon sammitində NATO Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü tanıdığını bir daha təsdiqlədi" - Tədbir
Bu gün paytaxtda "NATO Lissabon Sammitindən sonra: Yeni Əməkdaşlıq Konsepsiyası" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfrans Rumıniyanın Azərbaycandakı Səfirliyi və Azərbaycan NATO Əməkdaşlıq İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. Tədbiri giriş sözü ilə açan Azərbaycan NATO Əməkdaşlıq İnstitutunun prezidenti Fərrux Məmmədov bildirib ki, konfrans noyabrın 19-20-si tarixlərində keçirilən Lissabon Sammitinin yekunlarına, nəticələrinə həsr olunub. Onun sözlərinə görə, NATO qlobal dünyada sülh və təhlükəsizliyin qorunmasında mühüm rol oynayan təşkilatdır. F.Məmmədov vurğulayıb ki, bu sülh və təhlükəsizliyin qorunmasında NATO-ya üzv ölkələrlə yanaşı, onlara partnyor ölkələr də birgə əməkdaşlıq etməlidir: "Azərbaycan da 1994-cü ildən NATO-ya partnyor ölkədir və birgə əməkdaşlıq edir. 2004-cü ildən isə Azərbaycan NATO-nun Hərbi Tərəfdaşlıq Proqramına qoşulub. Bugünki konfransda da NATO-Azərbaycan, NATO-Əfqanıstan münasibətləri, Lissabon Sammitindən sonra yeni tərəfdaşlıq konsepsiyası müzakirə olunacaq. 2 hissədən ibarət olan konfransın 1-ci sessiyasında "NATO-nun tərəfdaşlıq üzrə yeni siyasəti" və "NATO-nun yeni idarəçilik strukturu" mövzularında ətrafında fikir mübadiləsi aparılacaq".
Tədbirdə çıxış edən Ukraynanın Azərbaycandakı səfiri Nikolae Ureke bildirib ki, NATO-nun Lissabon Sammiti beynəlxalq münasibətlər baxımından çox vacib toplantı idi. Onun fikrincə, sammit çərçivəsində növbəti 10 il üçün nəzərdə tutulan Alyansın Yeni Strateji Konsepsiyası Avropa və digər dünya ölkələrində təhlükəsizliyin möhkəmlənməsində mühüm əhəmiyyəti olacaq: "Bu gün dünya ölkələri beynəlxalq terrorizm, kiberterrorizmi və digər bu kimi problemlərlə qarşılaşırlar. Onların həlli üçün ölkələr birgə bəyanatlarla çıxış etməlidirlər".
Səfir həmçinin əlavə edib ki, Lissabon sammitində NATO-Rusiya arasında müsbət istiqamətdə irəliləyişlər əldə olunub. O qeyd edib ki, sammitdə NATO Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü tanıdığını bir daha təsdiqlədi.
Polşanın Azərbaycandakı səfiri Mikal Labenda NATO-nun Lissabon Sammitinin ən son tarixdə vacib toplantı hesab edib. Onun sözlərinə görə, toplantıda ən mühüm məsələ alyansın hərbi və siyasi gündəmi idi ki, bu da gələcək 10 ili əhatə edir. O vurğulayıb ki, yeni strategiya konsepsiyasının 10 il ərzində təhlükəsizliklə bağlı ən mühüm məsələlərin həll olunacağına inanırıq.
"Lissabon sammitində Rusiya-NATO münasibətlərində də müsbət əməkdaşlıq hiss olundu. Tərəfdaşlığa gəldikdə Rusiya çox gözəl başa düşür ki, burada şəffaf, qarşılıq olmalıdır ki, təhlükəsizlik həll olunsun. Çünki Rusiya ilə əməkdaşlıq da qarşılıqlı tərəfdaşlığa əsaslanmalıdır. Rusiya istəsə NATO ilə qarşılıqlı əməkdaşlıqdan yararlana biləcəklər. Bu gün Əfqanıstanda NATO təhlükəsizlik qüvvələrinin çıxarılması ən aktual problemlərdir. NATO-nun yeni konsepsiyasına əsasən 2014-cü ilədək Əfqanıstan Təhlükəsizlik Qüvvələri ölkədə aparıcı qüvvəyə çevrilməlidirlər. Yeni şərait və dəyişmiş məkanda strateji məqsədlər zamanı uyğunluq lazımdır. Lissabon Samiti də bu istiqamətdə irəliyə doğru atılmış ən önəmli toplantıdır", - deyə o əlavə edib.
Gürcüstanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Nikoloz Qoqitidze "NATO-nun Lissabon sammitindən sonra Gürcüstan-NATO əməkdaşlığı" mövzusunda məruzə ilə çıxış edib. O da öz növbəsində Lissabon samitində qəbul olunan konsepsiyanı çox yüksək qiymətləndirib və bunun gələcəkdə təhlükəsizlik baxımından geniş imkanlar açacağını qeyd edib.
Tədbirin davamında "NATO-nun yeni strateji konsepsiyası, Azərbaycan NATO arasındakı geniş əməkdaşlıq üçün imkanlar" mövzusunda məruzə ilə çıxış edən Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu bildirib ki, Azərbaycan-NATO əməkdaşlığı müxtəlif templərlə inkişaf edib. Onun sözlərinə görə, NATO Azərbaycan üçün önəmli bir partnyordur: "Regionda təhlükəsizlik, əməkdaşlığın qorunması istiqamətində Azərbaycan balanslaşdırılmış xarici siyasət aparır. Azərbaycan-NATO əməkdaşlığı üçün siyasi əməkdaşlıq zəruridir. Azərbaycan tərəfi NATO-ya tərəf addımlar atır, ancaq bu addımlar da qarşılıqlı olmalıdır".
Konfransın davamında Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr kafedrasının sədri Bəxtiyar Aslanbəyli "Yeni strateji konsepsiya: İslahatlara yaşıl işıq və Cənubi Qafqazla əməkdaşlıqda onun təsirləri" mövzusunda məruzə ilə çıxış edib. Tədbir bu və digər mövzular ətrafında müzakirələrlə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB