Siyavuş Novruzov İntizam komissiyasının sədri seçildi

Siyavuş Novruzov İntizam komissiyasının sədri seçildi
Azərbaycan parlamentinin bu gün keçirilən iclasında Milli Məclisin (MM) İntizam Komissiyasının sədrinin seçilməsi məsələsinə baxılıb. SİA-nin verdiyi xəbərə görə, millət vəkili Siyavuş Novruzov komissiyanın sədri seçilib.
Qeyd edək ki, bu günki iclasda Milli Məclisin İntizam komissiyasının təşkil edilməsi, Milli Məclisin komitələrinin sədr müavinlərinin seçilməsi, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi üzvlərinin seçilməsi, Təhlükəsizlik və müdafiə komitəsinin üzvlərinin seçilməsi, İqtisadi siyasət komitəsinin üzvlərinin seçilməsi, Təbii ehtiyatlar energetika və ekologiya komitəsinin üzvlərinin seçilməsi, Aqrar siyasət komitəsinin üzvlərinin seçilməsi, Sosial siyasət komitəsinin üzvlərinin seçilməsi, Regional məsələlər komitəsinin üzvlərinin seçilməsi, Elm və təhsil komitəsinin üzvlərinin seçilməsi, Mədəniyyət komitəsinin, İnsan hüquqları və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin üzvlərinin seçilib.
Bununla da parlamentin bugünkü iclası öz işini başa çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə