Bu gün Milli Məclisin IV çağırışının növbəti plenar iclası öz işinə başlayıb
Bu gün Milli Məclisin IV çağırışının növbəti plenar iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, bugünki iclasın gündəliyinə Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının təşkil edilməsi, Milli Məclisin komitələrinin sədr müavinlərinin seçilməsi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi üzvlərinin seçilməsi, Təhlükəsizlik və müdafiə komitəsinin üzvlərinin seçilməsi, İqtisadi siyasət komitəsinin üzvlərinin seçilməsi, Təbii ehtiyatlar energetika və ekologiya komitəsinin üzvlərinin seçilməsi, Aqrar siyasət komitəsinin üzvlərinin seçilməsi, Sosial siyasət komitəsinin üzvlərinin seçilməsi, Regional məsələlər komitəsinin üzvlərinin seçilməsi, Elm və təhsil komitəsinin üzvlərinin seçilməsi, Mədəniyyət komitəsinin, İnsan hüquqları və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin üzvlərinin seçilməsi daxildir.
İclasi giriş sözü ilə açan spiker Oqtay Əsədov hər kəsi salamlayaraq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılan demokratik şərait seçkilərin şəffaf keçirilməsini təmin edib. Onun sözlərinə görə, Milli Məclis də öz növbəsində fəaliyyəti ilə ölkə qanunvericiliyinin təminində öz töhfəsini verəcək: "Seçki kampaniyasının yüksək səviyyədə keçirilməsi ilə əlaqədar MSK-ya təşəkkür edirik. Sevindirici haldır ki, bu ilki parlament seçkilərində heç bir dairə ləğv edilməyib. Bu da seçkilərin şəffaf keçirilməsini sübut edir".
Qeyd edək ki, iclasda MSK -nın rəhbəri Məzahir Pənahov da iştirak edir. Hazırda deputatlara Milli Məclisin vəsiqələri təqdim edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB