Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) və İctimai Televiziyanın 6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə birgə həyata keçirdikləri və nazirliyin birlik və müəssisələrinin təmsil olunduğu komandaların iştirak etdiyi "Virtual rinq" televiktorinasında RİTN-in Məlumat Hesablama Mərkəzi (MHM) qalib gəlib.
RİTN-dən SİA-ya verilən xəbərə görə, oyun dekabrın 6-da İctimai Televiziya efirində nümayiş etdirilib.
Xatırladaq ki, viktorinada Aztelekom İstehsalat Birliyi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, Azərpoçt MMC, Teleradio İstehsalat Birliyi və Məlumat Hesablama Mərkəzinin komandaları iştirak edib.
Birinci turun nəticələrinə görə final mərhələsinə ən çox bal toplamış MHM və Aztelekom İB-nin komandaları vəsiqə qazana biliblər. Finalda isə MHM-in komandası qalib gəlməyə müvəffəq olub.
Xatırladaq ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və İctimai Televiziyanın birgə layihəsi olan "Virtual Rinq" intellektual televiktorinası artıq bir neçə mövsümdür ki İTV-də göstərilir və geniş ictimaiyyətə, xüsusilə də gənclərə, əsasən informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə biliklərin, informasiya cəmiyyəti barədə, həmçinin Azərbaycanın sosial-iqtisadi inkişafı, tarixi, coğrafiyası, elmi, mədəniyyəti, incəsənəti, tanınmış şəxsləri haqqında maarifləndirici məlumatların çatdırılması, ümumi dünya görüşünün və məntiqi düşüncənin inkişaf etdirilməsi məqsədini daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB