Sabiq ombudsman da Paşinyanı tənqid etdi İTTİHAM

Sabiq ombudsman da Paşinyanı tənqid etdi İTTİHAM

Larisa Alaverdyan: “Bu kimi açıq-aşkar bəyanat administrativ resursdan sui-istifadədir”

Ermənistanın birinci ombudsmanı Larisa Alaverdyan Yerevan şəhər merliyinə “Mənim addımım” (baş nazir Nikol Paşinyanın siyasi çevrəsi bu blokda birləşib-R.R.) blokundan olan namizədi Ayk Marutyanın çıxışında bir sıra risklərin olduğunu deyib. SİA xəbər verir ki, Larisa Alaverdyan aysor.am-ın müxbirinin suallarını cavablandırarkən seçki kampaniyasının başlamadığı halda, ictimaiyyət artıq bəyanatlar eşidir ki, bu hal qanun normaları ilə yanaşı, insan hüquqlarını da kobud şəkildə pozur: “Xüsusilə, Ayk Mautyanın dəfələrlə tənqidlərə məruz qalan ifadələrinə müraciət edərsək, bir məsələni qeyd edə bilərəm: beynəlxalq təcrübədə hər şey ağa və qaraya bölünür və burada ağ – yaxşı kimi, qara isə-pis, yəni irqçilik kimi xarakterizə olunur. Mən hazırkı kontekstdə bir neçə gün sonra seçkiqabağı kampaniyaya qoşulacaq insanları işlədəcəkləri ifadələrində diqqətli olmağa səsləyirəm”.

Larisa Alaverdyan Ayk Marutyanın “bizim komandamıza qarşı oyun ola bilməz” fikirlərinə də münasibətini bildirib və qeyd edib ki, bu kimi ritorikalar artıq Ermənistan üçün bağlı səhifədir.

“Bu, bütöv bir xalqın bir güc vasitəsilə identifikasiyasıdır”.

“Xatırlatmaq istərdim ki, bu ritorika dəfələrlə tənqidlərə məruz qalıb və son vaxtlar istifadə olunmurdu”, deyən sabiq erməni ombudsmanı hazırda bənzər fikirlərin yenidən eşidildiyini bildirib: “Belə çıxır ki, yeni güclər ədalətli seçkinin deyil, çoxluq olmağın tərəfdarı kimi çıxış edirlər. Bu, çox təhlükəli tendensiyadır. Başqa təhlükə də var – bu, bütöv bir xalqın bir güc vasitəsilə identifikasiyasıdır”.

Larisa Alaverdyan baş nazir Nikol Paşinyanın açıq şəkildə “Mənim addımım” blokuna dəstək verəcəyi barədə bəyanatını da qəbuledilməz hesab etdiyini bildirib: “Bu kimi açıq-aşkar bəyanat administrativ resursdan sui-istifadədir”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə