"İRƏLİ" yeni xeyriyyə aksiyası həyata keçirir

"İRƏLİ" yeni xeyriyyə aksiyası həyata keçirir
Sabirabadda olan ailənin müraciəti əsasında "İRƏLİ" İctima Birliyinin təşəbbüsü ilə yeni xeyriyyə aksiyası həyata keçirilir. Bu barədə SİA-ya birliyin mətbuat xidmətindən məlumat verilib. Belə ki, sol yuxarı ətrafın, o cümlədən dirsək oynağının yanıqdan sonra kelloidi və kontrakturası diaqnozu qoyulan Sabirabad sakini bu gün "Qələndərli" klinikasında tanınan cərrah Vaqif Qələndərli tərəfindən əməliyyat olunacaq.

Qeyd edək ki, Vaqif Qələndərli dəfələrlə belə layihələrdə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə