Dünya bazarında neft bahalaşıb
Dünya bazarında neftin qiymətində artım müşahidə olunur. SİA-nın məlumatına görə, qiymət Avropanın böyük hissəsində soyuq havanın bərqərar olması fonunda artıb.

Belə ki, Nyu-Yorkdakı "NYMEX" birjasında WTI markalı neft 0,19 dollar bahalaşaraq 89,38 dollar olub. Londondakı ICE Futures birjasında isə Brent markalı neftin qiyməti 0,03 dollar artaraq 91,45 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə