Putin-Paşinyan görüşü sentyabrın 8-də baş tutacaq

Putin-Paşinyan görüşü sentyabrın 8-də baş tutacaq

Rusiyanın prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş sentyabrın 8-də Moskvada baş tutacaq. SİA-nın "İzvestiya" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Prezidentin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov açıqlayıb.

Nəşrdə bildirilib ki, dövlət başçılarının bu görüşü Ermənistanda hakimiyyət dəyişikliyindən sonra üçüncü olacaq.

Qeyd edək ki, daha əvvəl Putin və Paşinyan mayın 14-də Soçidə Avrasiya İqtisadi Birliyi ölkələrinin rəhbərlərinin zirvə toplantısın çərçivəsində görüşüb. Növbəti görüş isə iyunun 13-də Futbol üzrə Dünya Kubokunun açılış mərasimi çərçivəsində baş tutub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə