Politoloq: “Rusiya ilə Azərbaycanın tarixi əlaqələri var" ÖZƏL-MÖVQE

Politoloq: “Rusiya ilə Azərbaycanın tarixi əlaqələri var" ÖZƏL-MÖVQE

“Azərbaycan dövlət olaraq bütün ölkələr ilə qarşılıqlı hörmət əsasında və heç bir ölkənin daxili işinə qarışmadığı kimi özünün də daxili işinə qarışılmaması şərti ilə münasibətlər qurur. Rusiya ilə də Azərbaycanın tarixi əlaqələri var və bir əsrə yaxın tarixdə bir quruluşun tərkibində olublar və qonşu dövlətlərdir. Həm dövlət olaraq, həm də xalq olaraq bir-birlərini çox yaxşı tanıyan ölkələrdir”. Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra demək olar ki, bütün ölkələrlə yaxşı münasibətlər qurulmağa başlanıldı ki, bunlardan biri də məhz Rusiya Federasiyasıdır: “Bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Mən deyərdim bu gün Azərbaycan-Rusiya münasibətləri hər iki ölkənin tarixində ən yüksək formadadı. Rusiya dövləti çox gözəl bilir ki, regionda müstəqil siyasət yürüdərək özünün inkişaf mərhələsini yaşayan Azərbaycan ilə yalnız dost və tərəfdaş olaraq münasibət qurmaq yaxşıdı. Azərbaycan dövləti hər zaman bütün beynəlxalq tədbirlərdə qonşu Rusiya Fedrasiyasını haqlı olduğu məqamlarda dəstəkləyib və onun yanında olduğunu bildirib. Qeyd etdiyimiz kimi Azərbaycan müstəqil siyasət yürütdüyü üçün bütün bu addımları rahat formada ata bilir.

Bu günlərdə cənab Prezidentin Rusiyaya rəsmi səfəri də bu mehriban münasibətlərin göstəricisidir. Biz hesab edirik ki, Rusiya da düşünür ki, artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunmasının vaxtı çatıb. Ona görə düşünürəm ki, bu problemin həll olunmasında Rusiya əsas faktor olmaq istəyəcək. Yəqin ki, bu il ərzində bu məsələ ilə bağlı müəyyən irəliləyişlər olacaq. Rusiya artıq bu münaqişənin onun vasitəçiliyi ilə həll olunmasında maraqlı olduğunu göstərir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə