İsrail Türkiyə ilə barışmağa çalışır

İsrail Türkiyə ilə barışmağa çalışır

İsrail yanğının yaratdığı "isti əlaqə" atmosferindən sonra Türkiyə ilə rəsmi təmasa keçib. SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, "Mavi Mərmərə" basqınının istintaqını aparan BMT Komissiyasındakı İsrail təmsilçisi Josef Cieçanover Türkiyə Xarici İşlər Nazirliyi Aparatının rəhbəri Firidun Sinirlioğlu ilə görüşmək üçün İsveçrəyə göndərilib.

İsrailin Nazirlər Kabineti ilə Türkiyə XİN bu haqdakı məlumatları təsdiqləyib. Yüksək vəzifəli bir israilli tərəflərin iki ölkə arasındakı böhrana son qoyacaq layihə üzərində çalışacaqlarını bildirib.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə əlaqələri düzəltmək istəyən israillilərə Ankaranın şərtlərini xatırladıb. Ərdoğan Türkiyənin tələblərinin bəlli olduğunu deyib. O qeyd edib ki, təzminat və üzr tələbi yerinə yetirilmədiyi təqdirdə, əlaqələr keçmişdəki kimi ola bilməz.

Bütün xəbərlər Facebook səhifəmizdə