ABŞ-ın Baş prokuroru "WikiLeaks" saytında məxfi sənədlərin açıqlanmasını qınayıb

ABŞ-ın Baş prokuroru "WikiLeaks" saytında məxfi sənədlərin açıqlanmasını qınayıb

ABŞ-ın Baş prokuroru Erik Holder "WikiLeaks" saytında minlərlə məxfi sənədin açıqlanmasını qınayaraq deyib ki, milli təhlükəsizlik maraqları və Amerika xalqı risk qarşısında qoyulur. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, bu gün Vaşinqtonda danışan Holder deyib ki, o, sənədlərin açıqlanmasına cavab olaraq ciddi addımların atılmasına dair göstərişlər verib.

Baş prokuror deyib ki, Birləşmiş Ştatlar sənədləri açıqlayan şəxslərin məsuliyyətə cəlb olunması və Amerika xalqına zərəri minimum salmaq üçün hər bir şeyi edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə