İngiltərəli deputatın rus katibəsi casusluq ittihamı ilə həbs edilib

İngiltərəli deputatın rus katibəsi casusluq ittihamı ilə həbs edilib

İngiltərə ilə Rusiya arasında casus böhranı yaşanır. SİA-nın xəbərinə görə, Böyük Britaniya parlamentinin müdafiə komitəsinin üzvü Mayk Henkokun katibəsi olan Rusiya vətəndaşı Katya Zatuliveterin agent olduğu bildirilir.

Rusiya ilə İngiltərə arasında son 60 ildə yaşanan ilk casus böhranının "qəhrəmanı" olan Zatuliveter Britaniyanın xüsusi xidmət orqanı olan Mİ-5-in diqqətini çəkib. Xüsusi xidmət orqanları əməkdaşları 25 yaşlı katibənin deputat Henkokla münasibətlərini və bəzi NATO zabitləri ilə intim əlaqələrini araşdırıblar. Bu araşdırmalar nəticəsində keçən həftə Zatuliveter həbs edilib.

"Sunday Times" qəzetinin xəbərinə görə, hazırda Zatuliveter London həbsxanalarının birində deportasiya olunmasını gözləyir. Rus gözəlin katibəsi olduğu ingiltərəli deputatı da çətin suallar gözləyir.

Çünki Henkok hər sahədə Rusiyanı müdafiə edən çıxışları və davranışları ilə tanınır. İngiltərə mətbuatı 64 yaşlı deputatı bu fikrə 25 yaşlı cazibədar katibəsinin yönləndirdiyini yazır

Bütün xəbərlər Facebook səhifəmizdə