Azərbaycan Prezidenti təhsil işçilərini təltif edib

Azərbaycan Prezidenti təhsil işçilərini təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, sərəncama əsasən, təhsil sahəsində xidmətlərinə görə Şuşa şəhəri 1 nömrəli orta məktəbin müəllimləri - Əbdüləzimova Gülşən Qafar qızı və Kərimova Bahar Hüseyn qızı "Tərəqqi" medalı ilə təltif ediliblər.

Prezidentin digər sərəncamı ilə təhsil sahəsində xidmətlərinə görə Şuşa şəhəri 1 nömrəli orta məktəbin müəllimi Sevil Həsən qızı Babayevaya "Əməkdar Müəllim" fəxri adı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə