“Rusiya açıq şəkildə Azərbaycanı özünün ən yaxın tərəfdaşı kimi qəbul edir” MÜSAHİBƏ

Şahin İsmayılov:
“Rusiya açıq şəkildə Azərbaycanı özünün ən yaxın tərəfdaşı kimi qəbul edir” MÜSAHİBƏ

Millət vəkili Şahin İsmayılovun SİA-ya müsahibəsi

- Şahin müəllim, Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüş iki ölkə arasında əlaqələrin inkişafı baxımından önəmini necə şərh etmək olar?

- Azərbaycan Prezidenti İlham Əliyev bir necə gün bundan öncə Rusiya Federasiyasının Soçi şəhərində səfərdə olmuşdu. Səfər bir sıra vacib məqamlarla yadda qaldı. Dövlət başçılarının verdiyi birgə bəyanat, o cümlədən ölkələr arasında bağlanan və ayrı-ayrı sahələri əhatə edən müqavilələr, gələcək bağlı çağırışlar və s.kimi məsələlər səfərin əhəmiyyətli olduğunu təsdiqləyir. Həm də, səfər hər iki ölkənin gələcək əməkdaşlığına növbəti bir təkan oldu. Prezident İlham Əliyev Rusiyanı Azərbaycanın yaxın qonşusu, tarixi tərəfdaşı və dostu adlandırırdı. Azərbaycan ilə Rusiya regional və beynəlxalq miqyaslı layihələrdə birgə iştirak ediblər və əməkdaşlığın inkişafı yüksələn xətt üzrə davam edir. Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Rusiya arasında olan iqtisadi münasibətlərdə birgə müəssisələrin yaradılmasından, Rusiya investorların Azərbaycana yatırdığı investisiyalar barəsində o cümlədən, Rusiyada təhsil alan azərbaycanlı tələbələr haqqında ətraflı fikirlər söylədi və rəqəmlər səsləndirdi. O cümlədən də Prezident İlham Əliyevdə Azərbaycan və Rusiya arasında olan iqtisadi münasibətlərdən danışdı. Xüsusi vurğulanmalıdır ki, artıq Prezident İlham Əliyevin və Vladimir Putinin görüşləri mütəmadi xarakter daşıyır. Daim görüşlər olur və onların arasında şəxsi münasibətlər olduqca yüksək səviyyədədir. Ümumilikdə, prezidentlər arasında belə görüşlərin baş tutması bütövlükdə Rusiya və Azərbaycan arasında olan münasibətlərin inkişafına çox böyük töhfə verir. Bildiyiniz kimi, Rusiya həm də, ATƏT-in Minsk Qrupunda təmsil olunan ölkələrdən biridir. Sözsüz ki, Rusiya nəyin ki, regionda dünyada söz sahibi olan dövlətlərdəndir. Dünyanın istənilən nöqtəsində prosseslərə təsir etmək imkanına malik olan bir dövlətdir. Eyni zamanda bizim qonşumuzdur. Görünən odur ki, Rusiya açıq şəkildə Azərbaycanı özünün ən güclü, ən yaxın tərəfdaşı kimi qəbul edir. Azərbaycan və Rusiya arasında böyük iqtisadi prosseslər baş verir.

- Yüksək səviyyəli Soçi görüşünün keçirilməsi Ermənistanda çox təşviş və narahatçılıqla qarşılanıb. Bunun səbəbini nə ilə izah etmək olar?

- Təbii ki, Soçidə Prezident İlham Əliyevin Rusiya prezidenti ilə görüşü işğalçı Ermənistan mətbuatında o cümlədən, erməni politoloqlarının çıxışlarında olduqca böyük həyəcanla müşahidə olundu. Bildiyiniz kimi, hazırda Ermənistanda nə baş verdiyini hazırkı hökumətə rəhbərlik edən insanlarda dəqiq dərk edə bilmirlər. Müəyyən hallarda köhnə hakimiyyətin yalnışlqlarının təkrar olunması meylləri də müşahidə olunur. Hazırda Ermənistanda xaotik idarəetmə mövcuddur. Prezident İlham Əliyevin Saçiyə səfəri, imzalanmış müvaqilələr və prezidentlərin birgə bəyanatı Ermənistanda çox böyük bir çaxnaşmaya səbəb olmuşdur və hazırda Ermənistanın siyasi rəhbərliyi Vladimir Putinlə görüşə can atır. Onlar tez-tez bəyanatlar verirlər ki, Rusiya və Ermənistan arasında münasibətlər ənənəvi dostluq şəraitindədir, strateji tərəfdaşlıq mövcuddur.

- Rusiyanın Ermənistana qarşı münasibətində dəyişiklik baş verdiyini demək olarmı?

- Hazırda, Ermənistan çox çətin bir vəziyyətdədir. İşğalçı ölkə, sanki partlamağa hazır olan bir bombadır. Təbii ki, Ermənistanın iqtisadi və siyasi vəziyyəti də göz önündədir və Ermənistandan heç vaxt hər hansı bir dövlətə etibarlı tərəfdaş çıxmaz. Ermənistanla müqayisədə Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir, iri beynəlxalq layihələr gerçəkləşdirilir. Ən əsası müstəqil xarici və daxili siyasət həyata keçirilir. Azərbaycan bu gün dünyanın istənilən ölkəsi ilə münasibətlərdə etibarlı və inamlı bir tərəfdaş qismində çıxış edir. Biz bu etibarlı və inamlı dünyanın ən böyük dövlətinin başçısı ilə eyni zamanda ərazi baxımından təkcə böyük yox, həm də siyasi proseslərə baxımından çox böyük lideri ilə görüşü zamanı da onun dilində də Azərbaycanın etibarlı tərəfdaş olması güclü əlaqələrin fikirlərinin səsləndirilməsi bu da özü böyük bir hadisədir. Bizim Rusiya ilə çox güclü əlaqələrimiz var. Tarixi əlaqələrimiz var. Azərbaycanın çox böyük iqtisadi maraqları var. Rusiya bizim kənd təsərrüfatı məhsullarının əsas satış bazarlarından biridir. O cümlədən digər sahələrində böyük ixracat olduğu bir bazardır. Təbii ki, iki ölkə arasında həm humanitar, həm iqtisadi, həm hərbi, həm də ənənəvi enetketika sahəsində bizim əlaqələrimiz bundan sonra da inkişaf edəcək və biz yeni-yeni birgə meqa layihələrin imzalanmasının və həyata keçirilməsinin şahidi olacağıq.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə