Ermənistan Azərbaycan-Rusiya əlaqələrinin inkişafından narahatdır ŞƏRH
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Soçiyə səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinlə təkbətək, geniş tərkibli görüşlər keçirib, bir sıra mühüm məsələlər ətrafında müzakirələr aparılıb, Azərbaycan-Rusiya arasında bir sıra sahələri əhatə edən mühüm sənədlər imzalanıb. Azərbaycan və Rusiyanı bağlayan möhkəm dostluq və əməkdaşlıq ənənələrinin olmasına baxmayaraq, nədənsə Ermənistan Azərbaycan Prezidentinin son Rusiya səfərindən daha çox narahat olmağa başlayıb. Ermənistanın Azərbaycan-Rusiya münasibətlərinin daha da möhkəmlənməsindən narazılığı, düşmən ölkənin yerli mətbuatında da özünü geniş şəkildə göstərməkdədir.
Ermənistanın “armenian report” saytında dərc olunan məqalədə bildirilir: “Putinlə söhbət zamanı Azərbaycan Prezidenti açıq şəkildə Rusiyanı "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səy göstərməyə" çağırıb və Azərbaycanın "həll etmək” ifadəsini isə biz yaxşı bilirik”.
Yazıda vurğulanır ki, sentyabrın əvvəlində Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti ilə görüşü planlaşdırılır: “Məlumata görə, görüş zamanı müzakirə olunan əsas məsələlərdən biri Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasıdır. Lakin görüşdə təkcə bu məsələ müzakirə olunmayacaq. Beləliklə, biz sentyabrın 1-də növbəti rus xəyanətinin şahidi olduq”.
Rusiyanın ABŞ sanksiyalarına məruz qalması ilə bağlı məqamlara toxunulan yazıda vurğulanır ki, Rusiya prezidentinin inqilablara qarşı patoloji nifrəti var: “Çünki, başqasının nümunəsi yoluxucu ola bilər. 2004-cü ildə Ukraynada "narıncı inqilab"ın qalibiyyətindən sonra, Kreml yenidən öz gücünə qayıtmaq üçün əlindən gələni etdi. İndi Kreml hər kəs tərəfindən xor baxılan Robert Koçaryanı bizə sıramağa çalışır. Hələ biz Kremlin yeni müharibəyə başlamaqla bağlı planları olan Azərbaycana necə dəstəklədiyinin açıq şəkildə şahidi olduq. Nəhayət, bunu görmək üçün prezident İlham Əliyevin Soçiyə səfərinin necə gedəcəyini, onun hansı sözləri və tezisləri səsləndiyini araşdırmaq kifayət idi. Buna əmin olmaq üçün Azərbaycan Prezident İlham Əliyevin Soçiyə səfəri zamanı ifadə etdiyi fikir və səsləndirdiyi tezislərə baxmaq kifayətdir.
Qeyd etmək lazımdır ki, bu arxadan vurulan klassik bıçaq idi. Beləliklə, bu səfər zamanı Moskva və Bakı müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün 10-dan artıq müqavilə imzaladılar. Təkcə bu göstərir ki, Rusiya-Azərbaycan əlaqələri Rusiya-Ermənistan münasibətlərindən daha yüksək səviyyədədir. Bu, bizim günahımız deyil. Bu, Rusiyanın seçimidir. Şüurlu, həyasız, intiqamçı”.
Erməni mətbuatında dərc olunan məqalədə xüsusi vurğulanan məqam Azərbaycanla Rusiya arasında mövcud olan hərbi-texniki əməkdaşlığın daha da inkişaf etməsi məsələsidir ki, bu münasibətlərin irəli getməsi düşmənimizi kədərləndirə bilməz.
Yazıda qeyd olunur: “Azərbaycan Prezidenti İlham Əliyevin “Biz hərbi-texniki sahədə gələcək əməkdaşlığı müzakirə etdik. Artıq Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlıq sahəsində böyük ənənələr var. Azərbaycanın Rusiyada satın aldığı hərbi-texniki məhsulların həcmi 5 milyard dollardan çoxdur və bu tendensiya artmaqdadır. Azərbaycan Silahlı Qüvvələrini modernləşdirməyə davam edir və Rusiya beynəlxalq bazarlara hərbi məhsulların istehsalçısı və tədarükçüsüdür” fikirləri göstərir ki, Bakı rus silahlarını alıb, alır və alacağını cəsarətlə söyləyir. Onlar ABŞ-ın Rusiyadan silah alacaq tərəflərə sanksiya tətbiq edəcəyi ilə bağlı fikirlərinə məhəl qoymur. Bu, Putini sevindirməyə bilməz. O, Əliyevin çıxışına qarşı bir kəlmə də söyləmədi. Bu çox narahatedicidir. Çünki Əliyev açıq şəkildə Rusiyanı "Dağlıq Qarabağ münaqişəsinin həllində səy göstərməyə" çağırdı. Bunun bir izahatı var. İlham Əliyevin sözlərinə görə, münaqişənin tez bir zamanda həlli edilməsi Azərbaycan vətəndaşlarının tarixi torpaqlara qayıtmasına imkan verməklə yanaşı, regiona sülh, əməkdaşlıq və sabitlik gətirəcək. Azərbaycan Prezidenti arxayındır ki, Rusiya Azərbaycana Qarabağa qarşı təxribat təşkil etməsinə kömək edəcək. Və Putin də bu fikirləri sakitcə dinləyirdi.
Bununla yanaşı, sentyabrın 1-də, yəni Putin ilə Əliyev arasında olan görüşün günündə Azərbaycanın müdafiə naziri Zakir Həsənov müdafiə nazirlərinin müavinləri, qoşun növlərinin komandirləri, nazirliyin əsas şöbələrinin rəhbərləri, şöbələr və xidmətlərin rəhbərləri, habelə birliklərin komandirlərinin iştirakı ilə xidməti görüş keçirib. Bundan əlavə, video bağlantıya ön zonada yerləşən formasiyanın komandirləri və digər vəzifəli şəxslər cəlb edilib. Həsənovun sözlərinə görə, ordu quruculuğu üçün aparılan tədbirlərin əsas istiqaməti, ümumilikdə hərbi personalın fəaliyyətini "işğal olunmuş ərazilərin azad edilməsinə" hazırlıq təşkil edir. Bununla da Azərbaycan həm Bakı, həm də Soçidə açıq şəkildə müharibədən söz açır. Azərbaycan həm öz xalqının, həm də Rusiya prezidenti qarşısında bunları söyləyir. Putin Paşinyanla məhz bu məsələdən danışmalıdır. Azərbaycanın KTMT-yə üzv olma məsələsi üçüncü dərəcəlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB