Payız gəlir, birilərinin əl-ayaqları açılmağa başlayır
Zaman-zaman Azərbaycanda “siyasi məhbus” oyunbazlığı edənlər yenidən bu mövzunun üzərinə, özü də ki, bilərəkdən gəlməyə başlayıblar. Çünki qarşıdan payız ayı gəlir və necə deyərlər, bu kimi məsələlərdə birilərinin (bəlli olan adamların-R.R.) əl ayaqları açılmağa başlayır. Əbəs deyil ki, daim Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə edən bbc.com-un Azərbaycan dilində yayımlanan buraxılışında bu barədə qondarma reportaj hazırlanıb. Demə ki, “vahid siyasi məhbus siyahısının hazırlanması üzrə işçi qrup” şənbə günü bəyan etdiyi yeni “siyahıda” 128 siyasi məhbusun (?!-R.R.) olduğunu qeyd edib.
Maraqlısı da budur ki, həmin məlumatda bircə cümləlik belə bir fraza var...
Hələ bu da azmış kimi, 128 nəfərlə yanaşı, siyahıda işləri hələ müşahidə edilən və statusu müəyyən olunmayan (maraqlıdır, statusun müəyyən olunması da təzə çıxıbmı?-R.R.) iki nəfərin də adları çəkildiyini deyib, üstəlik ölkədəki “siyasi məhbusların” saynının siyahıda qeyd edilən şəxslərdən daha yüksək (???!!!-R.R.) olmasına böyük ehtimal varıymış-filan...
Maraqlısı da budur ki, həmin məlumatda bircə cümləlik belə bir fraza var - Azərbaycan hökuməti isə ölkədə siyasi məhbusların olduğunu qəbul etmir. Vəssəlam!!!
Daha bildirilmir ki, Azərbaycan hökuməti bu faktoru necə əsaslandırır. Məsələn, deyilmir ki, Azərbaycanda hansı peşə fəaliyyətindən, statusundan asılı olmayaraq, hər kəs eyni qanunlara tabedir və bu qanunları pozanlar cəzalandırılırlar. Misal üçün, adını “blogger” qoyan kimlərisə şantaj edib, bu vasitə ilə pul qaaanmağa çalışırsa, artıq cinayət törətmiş olur. Yaxud, “jurnalist” də, “ictimai fəal” da, “hüquq müdafiəçisi” də, “inanclı” onun kimi. Maraqlıdır, bbc.com yalnız birtərəfli mövqe tutub yalnız Azərbaycan qanunlarını pozanları müdafiə edib, onları “siyasi məhbus” kimi tanıyanlarla iş birliyi qurursa, nəyə görə birə dəfə də bitərəflik nümayiş etdirib, “siyasi məhbus” deyilənlərin əməllərini araşdırmır?!
Axı bugünə qədər dünya ictimaiyyəti hətta ən nüfuzlu Avropa qurumlarında rüşvətə, korrupsiyaya bulaşaraq, siyasi-ictimai statuslarına kölgə salan onlarla insanların necə rüsvay olduqlarının şahidlərinə çevrilib
Bütün bunların yerinə isə ayrı-ayrı anti-Azərbaycan xarakterli təşkilatların, şəxslərin – məsələn Kristofer Ştgrasserin, ya da Georgi Gogianın, eləcə də digər şəxslərin ağızları sulana-sulana bağırdıqları “bəyanatlarını” ictimailəşdirir. Üstəlik, buna görə korrupsiyalaşmış Avropa təşkilatlarından nə qədər qeyri-qanuni pulların alındığı barədə də heç bir məlumatlar əks eidlmir! Axı bugünə qədər dünya ictimaiyyəti hətta ən nüfuzlu Avropa qurumlarında rüşvətə, korrupsiyaya bulaşaraq, siyasi-ictimai statuslarına kölgə salan onlarla insanların necə rüsvay olduqlarının şahidlərinə çevrilib. Hətta onların içində Azərbaycana ermənidən də betər düşmən münasibətləri bəsləyən şəxslər də olub. Görəsən, nəyə görə bu barədə bir kəlmə də olsa heç nə deyilmir, ancaq əksinə, sözdə qondarma “siyasi məhbus” siyahısının artması “ehtimalı” barədə nağıllar danışılır?
Söz yox ki, bütün bunlar növbəti qərəz kampaniyasıdır, ancaq bu cür kampaniyalar heç vaxt ayaq açıb-yeriməyib. Çünki kökündə böhtan və yalan dayanıb.
Rövşən NURƏDDİNOĞLU
P.S. İndi də İlqar Məmmədovun azadlığa buraxılmasını bayraq edib, iddia irəli sürülər ki, o “siyasi məhbus” olub və s. Halbuki, bircə dəfə də İ.Məmmədovun üzərində olduğu ittiham maddələrini oxumayıblar. Görəsən, Avropada oturub Azərbaycana diş qıcırdanların ölkələrində ictimai asayişi pozanları, kütləvi qiyama çağırışlar edənləri öpüb-gözlərinin üzərinəmi qoyurlar? Eləcə də belələrinin həbslərinəmi qarşımı çıxırlar?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB