Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. SİA-ya partiyadan verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər və təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Keçən həftənin ictimai gündəmini zəbt edən və müsbət siyasi qərarlar qəbul ediləcəyinə güman bəslənən ATƏT-in Astana sammitinin nəticələrinə diqqət çəkən İdarə Heyəti üzvləri sammitdə qarşıya qoyulan məqsədlərin uğursuzluğa düçar olduğunu bildirib və bu sammitdə dondurulmuş münaqişələrin həlli istiqamətində ciddi qərarlar qəbul edilməməsindən narahatçılığını ifadə edib. İdarə Heyəti üzvləri bir daha ATƏT-in Minsk qrupunun uzun illərdən bəri üzərinə düşən vəzifələri yerinə yetirə bilmədiyini, Avropanın, o cümlədən regionun təhlükəsizliyini təhdid altında saxlayan dondurulmuş münaqişələrin həlli istiqamətində qətiyyət göstərmədiyini və Dağlıq Qarabağ problemi ilə bağlı BMT-nin məlum qətnamələri ortada olmasına baxmayaraq işğalçılıq niyyətlərindən əl çəkmək istəməyən Ermənistanın beynəlxalq hüquq normalarına riayət edilməsinə prinsipial yanaşmadığını diqqətə çatdırıb.
Toplantıda Rusiya prezidenti Dmitri Medvedyevin sammitdə səsləndirdiyi təhdidli bəyanatından narahatlıq vurğulanıb və dondurulmuş münaqişələrin hazırkı vəziyyətdə saxlanılmasının bu ölkənin Cənubi Qafqazda yürütmək istədiyi imperialist maraqlarına xidmət etdiyini bir daha diqqətə çatdırılıb.
Milli təhlükəsizlik, prokurorluq və digər hüquq mühafizə rəhbərlərinin ölkənin iqtisadi təhlükəsizliyi barədə üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün lazımi addımlar atılmasını onların diqqətinə çatdıran toplantı iştirakçıları ölkədə monopolist siyasət yeridən ayrı-ayrı şəxslər haqda tədbir görməyin vaxtı çatdığını qeyd edib. İdarə Heyətinin iclasında partiyadaxili bir sıra məsələlər, o cümlədən müxalifət partiyaları arası inteqrasiya məsələsi də müzakirə mövzusu olub və bu məsələ ətrafında fikir mübadilələrinin davam etdirilməsi qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB