RİTN və KİVDF-nin keçirdiyi birgə müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib - MÜKAFATLANDIRMA
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Azərbaycan Rabitəsinin 129 illiyi ilə əlaqədar fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Mərasimdə Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, bir sıra media qurumlarının rəhbərləri, jurnalistlər və rabitə sahəsində çalışan şəxslər iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Rabitə və İnformasiya Texnologiyaları Naziri Ə.Abbasov qədim və zəngin tarixə malik olan Azərbaycan Rabitəsinin keçdiyi yoldan, əldə etdiyi nailiyyətlərdən, görülən işlərdən və gələcək inkişaf perspektivlərindən danışıb. Azərbaycanda hər bir sahə kimi rabitə sektorunun da dinamik sürətlə inkişaf etdiyini qeyd edən nazir, Azərbaycanın yaxın gələcəkdə informasiya texnologiyaları sahəsində dünyanın ən qabaqcıl ölkələri sırasında yer alacağını bildirib.
Daha sonra Ə.Abbasov onları Azərbaycan Rabitəsinin yaranmasının 129 illiyi münasibətilə təbrik edib.
AR Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli mətbuat işçiləri adından Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşlarını Azərbaycan Rabitəsinin 129 illiyi ilə əlaqədar təbrik edib.
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və AR Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan Rabitəsinin yaranmasının 129 illiyi ilə əlaqədar keçirdiyi birgə müsabiqənin qalibləri açıqlanıb.
Qaliblər Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırırlıb.
Müsabiqənin qalibləri aşağıdakılardır:
İnformasiya və kommunikasiya texnologiyalarının mediada rolu mövzusunun QALİBLƏRİ
I yer. Yusifova Sevil Şərif qızı, "Olaylar" qəzetinin müxbiri
II yer. Şirinov Şahin Şirin oğlu, "Futbol+qol" qəzetinin müxbiri
III yer. Süleymanov Rəşad Məhəmməd oğlu , "Azəri-Press" İA-nın müxbiri
Azərbaycan telekommunikasiyasının dünəni və bu günü mövzusunun QALİBLƏRİ
I yer. Muradov İlkin Vaqif oğlu, "Futbol+qol" qəzetinin müxbiri
II yer. Sultanov Əlimərdan Sultanpaşa oğlu , "Palitra" qəzetinin müxbiri
III yer. Həmidli Səxavət Nazim oğlu, "Mərkəz" qəzetinin müxbiri
Azərbaycan poçtunun dünəni və bu günü mövzusunun QALİBLƏRİ
I yer. Ələsgərov İlham Maşallah oğlu, "Mövqe" qəzetinin redaktoru
II yer. Hüseynli Alim Ziyadxan oğlu, "Olaylar" qəzetinin müxbiri
III yer. Məhərrəmova Təranə Sərdar qızı, "Kaspi" qəzetinin müxbiri
İnformasiya və kommunikasiya texnologiyalarının cəmiyyətdə rolu mövzusunun QALİBLƏRİ
I yer. Niyazov Xalid Qüdrət oğlu, "Azərbaycan" qəzetində şöbə redaktoru
II yer. Heydərova Fizzə Simran qızı , "Azadlıq" qəzetinin müxbiri
III yer. Aslanov Mübariz Zakir oğlu, "Azadinform" İA-nın müxbiri
İnternetin həyatımızda rolu mövzusunun QALİBLƏRİ
I yer. Əliyev Namiq Həsən oğlu, "Palitra" qəzetinin baş redaktoru
II yer. Vəlibəyov Ramil Vaqif oğlu, "Yeni Azərbaycan" qəzetinin məsul redaktoru
III yer. Tağıyev Tahir Məmmədqulu oğlu, "Bakı-Xəbər" qəzetinin baş redaktorunun müavini
Həvəsləndirici mükafatların QALİBLƏRİ
Sarıyeva İradə Murad qızı, "Bakı-Xəbər" qəzetinin müxbiri
Zeynalov Mahir Həmzə oğlu, "Xalq Cəbhəsi" qəzetinin redaktoru
Məmmədova Xuraman İsmayıl qızı, "İki sahil" qəzetinin müxbiri
Həsənova Şəmsiyyə Əli qızı, "İki sahil" qəzetinin müxbiri
İbrahimova Aygün Əyyub qızı, "Olaylar" İA-nın müxbiri
Babayev Ağasəf Malik oğlu, "Paritet" qəzetinin müxbiri
Rəhimzadə Nail Arif oğlu, "İki sahil" qəzetinin müxbiri
Camalov Aqil Tapdıq oğlu, "Türküstan" qəzetinin baş redaktoru
Vəliyev Fariz Əhməd oğlu, "Mövqe" qəzetinin şöbə müdiri
Hüseynov Aqil Fərman oğlu, "Qəzet.az" qəzetinin müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB