Eurasiya Daily: Son 10 ildə ən əhəmiyyətli səfər: ekspertlər Putin-Əliyev görüşü barədə RƏYLƏR
Avrasiya məkanında baş verən siyasi-ictimai hadisələri dünya ictimaiyyətinin diqqətinə çatdıran Eurasiya Daily xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya etdiyi rəsmi səfəri və bu səfər çərçivəsində Vladimir Putinlə keçirdiyi görüşü, eləcə də əldə edilən nəticələri şərh edib. SİA adıçəkilən xəbər portalına istinadən məlumat verir ki, səfərlə bağlı azərbaycanlı siyasət adamlarına, politoloqlara müraciət edilib və bu səfərin əhəmiyyəti barədə onların fikirləri öyrənilib.
O cümlədən qeyd edilib ki, Prezident İlham Əliyevin Rusiyaya səfəri zamanı 10-dan çox ikitərəfli razılaşmalara imza atılıb. Digər tərəfdən, oda bildirilib ki, verilən rəsmi bəyanatlarda Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqavilələri Təşkilatına (KTMT) üzvlüyü məsələsinə toxunulmayıb. Lakin əsasən, təhlükəsizlik, iqtisadi və humanitar əməkdaşlıq, rus mədəniyyətinə və rus dilinə qayğı, hərbi-texniki əməkdaşlıq haqqında fikirlər önə sürülüb, adıçəkilən portal Bakının Moskvadan son illərdə 5 milyard dollar məbləğində silah almasına da diqqət yetirib.
Bundan əlavə, İlham Əliyevin Vladimir Putini onun üçün ən münasib vaxta və zamanda Azərbaycanı ziyarət etməsi dəvəti barədə də informasiyaya yer ayrılıb.
Baku Network ekspert şurasının sədri Elxan Ələsgərov: “Azərbaycan və Rusiya bütün beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edərək, bir-birlərinə dəstək göstəriblər”
Eurasiya Daily Baku Network ekspert şurasının sədri Elxan Ələsgərovdan səfər barədə fikirlər öyrənib. Ekspert öz sözlərində deyib ki, Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çoxdan gözlənilən hadisə idi. “Rəsmi səfər ölkə liderlərinin mühüm sənədlər imzalanması ilə nəticələndi ki, bu Rusiya və Azərbaycan arasında yeni perspektivlər açacaq, baxmayaraq ki, buna qədər də ölkələr strateji partnyorlar olublar”, deyə bildirən Elxan Ələsgərov həmçinin qeyd edib ki, dünyada və regionda baş verən dəyişikliklər fonunda müttəfiqlər periodik olaraq, öz fəaliyyətlərini koordinasiya etməlidirlər.
Ekspertin sözlərinə görə, söhbət geosiyasi sahələrdən başlayaraq, iqtisadi, hərbi-siyasi və humanitar sferalardan gedir: “Bu səfərin xarakterik xüsusiyyətlərindən biri də budur ki, həmin səfər regionda ciddi dəyişikliklərin baş verdiyi dövrə təsadüf edib. Məsələn, Gürcüstanda və Ermənistanda”.
“Bundan əlavə, bir müddət öncə Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya imzalandı”, deyə xatırladan ekspert vurğulayıb ki, Azərbaycan və Rusiya bütün beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edərək, bir-birlərinə dəstək göstəriblər. E.Əsgərov buna misal olaraq, ATƏT-dəki olayları xatırladıb və bildirib ki, azərbaycanlı nümayəndə heyəti dəfələrlə rusiyalı nümayəndə heyətinə dəstək göstərib.
“Bakı və Moskva birgə şəkildə terrorla mübarizə aparır, eyni zamanda, bu istiqamətdəki fəaliyyətlərini koordinasiya edirlər”
“Azərbaycan və Rusiya Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinin tərəfdarıdırlar”, fikrini də önə sürən ekspert Prezident İlham Əliyevin Rusiya səfəri çərçivəsində bu faktorun bir neçə dəfə səsləndirilməsini də xatırladıb.
O, Azərbaycanın RF ilə iqtisadi və hərbi-siyasi əməkdaşlıq etdiyini də xatırladıb: “Əgər hərbi-siyasi əməkdaşlıqdan danışarsaq, bu zaman hər iki ölkənin müdafiə və daxili işlər nazirlərinin qarşılıqlı səfərlərini, Xəzər dənizində birgə təlimləri, azərbaycanlı və Rusiya zabitlərinin təlimlərini xatırlaya bilərik. Lakin ən əsası Rusiya silahlarının alınmasıdır ki, bu uğurla davam edir.
E.Ələsgərov iqtisadi əlaqələrə də toxunaraq deyib ki, bu sahədə də kifayət qədər uğurlu nəticələr əldə eidlməkdədir və buna misal olaraq, “Şimal-Cənub” nəqliyyat dəhlizini göstərilə bilər: “Azərbaycan burada tənzimləyici rol oynayır, Rusiya şimala, İran isə cənuba çıxışı təmin edir. Bakı Moskva ilə əlavə daha bir formatda – “Rusiya-Azərbaycan-Türkiyə” formatında əməkdaşlıq edir. Bundan əlavə, “Astana prosesi” çərçivəsində sentyabrın 7-də Təbrizdə Rusiya, Türkiyə və İran liderlərinin görüşləri baş tutacaq. Burada da formatların yaranmasında Azərbaycanın rolu var. Və sözsüz ki, Bakı və Moskva birgə şəkildə terrorla mübarizə aparır, eyni zamanda, bu istiqamətdəki fəaliyyətlərini koordinasiya edirlər”.
Beləliklə, aparıcı xəbər portalına münasibətini bildirən ekspertə görə, səfər uğurlu və əhəmiyyətli idi: “Azərbaycan hər zaman münasibətlərin təməlli olmasının tərəfdarı kimi çıxış edib. İlham Əliyevin Rusiyaya səfəri zamanı imzaladığı sənədlər bunun üçün təkandır. Bakı və Moskva ilə əlaqələr get-gedə daha da inkişaf edir”.
Politoloq, parlamentin deputatı Rasim Musabəyov: “Bütün hallarda dəvət qüvvəvədir və hər hansı br tarixdə, ya da hadisədə reallaşdırılacaq”
Azərbaycan parlamentinin deputatı Rasim Musabəyov da səfərlə bağlı fikirlərini bildirib və deyib ki, iqtisadi, humanitar, nəqliyyat və s. sferaları üzrə ölkələr arasında heç bir problemlər yoxdur və bundan əlavə, bu münasibətlərin daha yüksək səviyyədə qurulması perspektvləri nəzərdə tutulub. Deputat, Rusiya prezidenti Vladimir Putinin azərbaycanlı həmkarından aldığı dəvətini də şərh edərək bildirib ki, RF-nın prezidenti hər hansı format üzrə, məsələn, Türkiyə-Azərbaycan-Rusiya, yaxud İran-Azərbaycan-Rusiya formatı üzrə ölkəmizə səfər edəcəcək. “Lakin bütün hallarda dəvət qüvvəvədir və hər hansı br tarixdə, ya da hadisədə reallaşdırılacaq”, Musabəyov portala açıqlamasında deyib. Digər politoloq Elçin Mirzəbəyli də Eurasiya Daily xəbər portalına açıqlamasında deyib ki, prezidentlər arasında görüş yüksək səviyyədə olub. O, İlham Əliyev-Vladimir Putin görüşünün ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmləndirəcəyini deyərək, əldə edilmiş razılaşmaların, qarşıda dayanan perspektvlərinin də buna hesablandığını vurğulayıb.
Azərbaycanın KTMT-yə üzvlüyü məsələsinə gəlincə, E.Mirzəbəyli bu informasiyanın təsdiqini tapmadığını bildirib və prezidentlərin sözügedən məsələ ətrafında müzakirə aparmadıqlarını deyib. “Lakin bu, Azərbaycan üçün əhəmiyyətli olarsa, nəyə görə də həmin məsələ ətrafında müzakirələrə başlanmasın”, qeyd edən politoloq təkrar etdiyini bildirib: “Bur daha təkrar edirəm, hazırkı məqamda belə bir məlumat yoxdur”.
E.Mirzəbəyli də sonda bu görüşün uğurlu nəticə verdiyini və ölkələrimiz arasnda daha güclü inkişafa səbəb olacağını qeyd edib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB