Ərdoğan dollardan imtina etməyi təklif edir

Ərdoğan dollardan imtina etməyi təklif edir

“Ticarət əməliyyatlarında dolların istifadəsi ticarət dövriyyəsinin inkişafına mane olur”. SİA-nın Qırğızıstanın “vesti kq” saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşündəTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, Türkdilli ölkələrin Əməkdaşlıq Şurasında iştirak edən ölkələrin ticarəti milli valyutaya köçürmələri vacibdir: “Hazırda biz çətin günlər keçiririk. Bəzi ölkələr beynəlxalq dialoqa etiraz edir, təhdid və şantajdan istifadə edirlər. Beynəlxalq sanksiyalar müqavilələr əsasında "dinamit" qoyur. Türk dövlətləri beynəlxalq sistemin ədalətli, qarşılıqlı hörmət əsasında işləməsi üçün həmrəylik nümayiş etdirməlidirlər. Bizim ABŞ dollarından asılılığımız bir sıra hallarda maneələr yaratmaqla yanaşı, səylərimizi də aşağı salır”.

Sonda Türkiyə prezidenti qeyd edib ki, Türkdilli ölkələrin zəngin coğrafiyasına baxmayaraq ölkələr arasında əmtəə dövriyyəsinin səviyyəsi aşağıdır: “Mənim fikrimcə, biz yeni addımlar atmalı və ticarət dövriyyəsini artırmalıyıq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə