“Əslində, bu yaxınlarda Azərbaycanda səfərdə olan Almaniya kansleri Angela Merkelin hər hansı müxalifət liderləri ilə görüşü baş versəydi belə, heç nə dəyişməyəcəkdi. Merkel Azərbaycanda nəyi həll edir ki? Azərbaycanda söz sahibi Azərbaycan xalqıdır. Ona görə də düşünmürəm ki, Merkel burada hansısa müxalifət sədri ilə görüşsəydi belə, nəsə bir hadisə baş verəcəkdi”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, Merkel Gürcüstanda müxalifət rəhbərləri ilə də görüşüb: “Həmçinin, düşmən Ermənistanda da anoloji addımı atıb. Amma Azərbaycanda heç bir müxalifət təmsilçisi ilə görüşmədi. Bu, bir daha onu sübut edir ki, Azərbaycanda radikal müxalifətin heç bir önəmi yoxdur. Bu qüvvələr nə sosial bazaya, nə də hər hansı bir beynəlxalq nüfuza malik deyillər. Nə də ki, hansısa bir ölkənin rəhbərinin diqqətini cəlb etmirlər. Çünki müxalifət rəhbərləri Azərbaycanda söz sahibi deyil. Hər hansı bir ölkəyə səfər edən dövlət rəhbərləri o ölkə barədə məlumata malik olurlar. Bu mənada Azərbaycana gələn Avropa liderləri də görür ki, ölkəmizdə cəmiyyətdə heç bir dəstəyi olmayan radikal müxalifətlə görüş keçirməyin heç bir mənası yoxdur.
Merkel sadəcə, bir sıra QHT rəhbəri ilə görüşdü və bu da heç nəyi dəyişmədi. Lakin onlar da əksəriyyətlə Merkellə görüşdə öz dövlətlərinin maraqları əlehyinə çıxış ediblər. Belə görüş Merkelin Ermənistan səfəri zamanı da olub. Lakin ermənilər hər fürsətdən istifadə edərək, ancaq Dağlıq Qarabağdan danışıblar. Ölkəmizdə isə bir zamanlar bu kimi görüşlərdə QHT-ləri təmsil edən şəxsləri kimlər idi, indi isə kimlər təmsil edir. Müqayisə üçün deyim ki, vaxtilə Novella Cəfəroğlu bu görüşlərdə təmsil olunurdusa, indi öndə görünən Xədicə İsmayıldır. Onlar isə Azərbaycanı gözdən salmaq, dövlətimiz əleyhinə danışmaq yolunu tutub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB