QHT-lərə Dövlət Dəstəyi Şurası 2011-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün müsabiqə elan edir
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şuradan SİA-ya verilən xəbərə görə, iclasda 2011-ci il üçün qurumun büdcəsi, 2011-ci ildə QHT-lərin maliyyələşdirilməsi üçün maliyyə yardımı müsabiqəsinin elan edilməsi, eləcə də müsabiqənin mövzuları, şərtləri və müddətlərilə bağlı məsələlər müzakirə olunaraq, müvafiq qərarlar qəbul edilib.
Şura 2011-ci ildə QHT-lərin maliyyələşdirilməsi üçün maliyyə yardımı müsabiqəsini elan edib. Elan və sənədlər toplusu ilə Şuranın www.qhtxeber.az və www.cssn.gov.az saytlarında tanış olmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB