Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitinin Yekun Bəyənnaməsi imzalanıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitinin Yekun Bəyənnaməsi imzalanıb

Sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitinin Yekun Bəyənnaməsi imzalanıb. SİA bu barədə Qırğızıstanın “Kabar” agentliyinə istinadən xəbər verir.

Sammitdə Birgə Bəyannamədən əlavə aşağıdakı qərarlar qəbul edilib:

1) Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibinin müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədrinin təyin edilməsi haqqında qərar;

2) Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında Macarıstana müşahidəçi statusunun verilməsi barədə qərar.

Bundan əlavə aşağıdakı sənədlər də imzalanıb:

1) Türkdilli dövlətlərin inteqrasiyası üzrə Konsepsiyanın layihəsi

2) Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçılarının gənclər və milli idman sahəsində əməkdaşlığın inkişafı üzrə birgə bəyanatı;

3) Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçılarının Çingiz Aytmatovun 90 illiyinə həsr olunmuş birgə bəyanatı.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə