Elmar Məmmədyarov Macarıstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Elmar Məmmədyarov Macarıstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstan Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yolt Çutoranı qəbul edib. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, etimadnamənin surətini təqdim edən Y. Çutora ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib.

 

Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq Macarıstan-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.

 

Öz növbəsində nazir E.Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə macarıstanlı diplomatı təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə