Baş nazir: "Macarıstan türk köklərini qoruyur və hörmət edir"

Baş nazir: "Macarıstan türk köklərini qoruyur və hörmət edir"

Macarıstan türk köklərini qorumaqla yanaşı bu dəyərlərə hörmət edir”. SİA-nın “АKİ press”ə istinadən verdiyi xəbərə görə, bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban sentyabrın 3-də keçirilən Türkdilli ölkələrin başçılarının zirvə toplantısında çıxışı zamanı deyib.

“Sizinlə əməkdaşlıq etmək imkanı qazanmaq mənim üçün böyük şərəfdir. Biz macarlar Türk dili ilə əlaqəli unikal və fərqli bir dil olan macar dilində danışırıq. Biz xristian dininə sitayiş edir, xristianıq, lakin bizi qıpçaq-türk prinsipləri üzərində dayanırıq”, - deyə Baş nazir bildirib.

Macarıstanın Baş naziri qeyd edib ki, macarları Avropada tez-tez qərb-şərq xalqı adlandırırlar: "Əvvəllər bizi təhqir etməyə çalışdılar. Ancaq bu cür təşkilatlar və türkdilli ölkələrin inkişafı sayəsində bunu özümüzə tərif kimi qəbul edirik”.

V.Orban söyləyib ki, hər il Macarıstanda müxtəlif, eləcə də türkdilli xalqların nümayəndələrinin iştirakı ilə Qurultay keçirilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə