Ərdoğan Türkdilli dövlətləri Azərbaycana dəstək olmağa çağırıb

Ərdoğan Türkdilli dövlətləri Azərbaycana dəstək olmağa çağırıb

“Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iştirakçı ölkələrini FETO-ya qarşı müqavimət göstərməyə və Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək verməyə çağırıb”. SİA-nın verdiyi məlumata görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Şura üzv dövlətlərin birgə səylərinin nəticəsidir. Ərdoğan çıxışı zamanı FETO təşkilatına toxunub və buna qarşı davamlı müqavimət göstərməyə çağırış edib.

Türkiyə Prezidenti ölkəsində dolların kursunun qalxması məsələsinə də toxunub: “Beynəlxalq ticarətin dollara olan asılılığı hazırda bir maneədir”. O hər kəsi yerli və milli valyutalarda ticarət etməyə çağırıb.

Bununla belə Ərdoğan, Prezident İlham Əliyevin Dağlıq Qarabağla bağlı söylədiyi fikirlərə dəstək verib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə