Ərdoğan:"Türkiyə kimdənsə icazə almaq niyyətində deyil"

Ərdoğan:"Türkiyə kimdənsə icazə almaq niyyətində deyil"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi Rusiyadan S-400 zenit raket sistemlərinin alınması məsələsində kimdənsə icazə almaq niyyətində deyil. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, prezident bu bəyanatla Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən biznes-forumda çıxış edib. "Biz Rusiya ilə S-400 ilə bağlı saziş imzalamışıq və bu, bəzilərini narahat edir. Üzrlü sayın, amma biz heç kimdən icazə almaq fikrində deyilik", - deyə nəşr onun sözlərini sitat gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə