İltimas Məmmədov: “İlin sonunadək bölgələr AzDatakom şəbəkəsinə qoşulacaq”-  AÇIQLAMA  -VİDEO

İltimas Məmmədov: “İlin sonunadək bölgələr AzDatakom şəbəkəsinə qoşulacaq”- AÇIQLAMA -VİDEO
"AzDatakom" şəbəkəsinin əhatə etmədiyi bölgələr Şəki, Zaqatala, Balakən istiqamətində olan ərazilərdir ki, hazırda həmin regionlarda internetin qoşulması üçün avadanlıqlar sifariş edilib. Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov SİA-ya verdiyi açıqlamasında deyib. O bildirib ki, həmin ərazilərdə internetin qoşulması üçün lazımı avadanlıqlar yaxın vaxtlarda ölkəmizə gətiriləcək. İşlərin dekabr ayında bitəcəyini deyən nazir müavinin sözlərinə görə, Datakomun ikinci layihəsi Lerik, Yardım istiqamətində yerləşən əraziləri əhatə edəcək.

"Artıq bu ərazilərdə internetin istifadəyə verilməsi üçün xətt qoyulub. Burada da işlər dekabrın sonunadək başa çatacaq. İlin sonunda adıçəkilən bölgələr də AzDatakoma qoşulamaq imkanı əldə edəcək. Beləliklə də bu bölgələrdə yaşayan insanların internetdən istifadəsi üçün geniş imkanlar yaradılacaq".

Açıqlaması zamanı "Xalq Kompüteri" layihəsi ilə bağlı sualı da cavablandıran İ. Məmmədov bildirib ki, layihə istifadəçilərinin sayı sürətlə artıb. O vurğulayıb ki, layihədən daha çox regionlarda istifadə edirlər: "Burada həm partnyorların sayı genişlənib, həm də istifadəçilərin. Hətta Naxçıvanda istifadəçilərin sayı artıb. Layihə özünü doğrultduğundan işlər davam etdiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə