Rusiya hərbi bazası artıq Ermənistanın maraqlarını təmin etmir

Rusiya hərbi bazası artıq Ermənistanın maraqlarını təmin etmir

Son zamanlar “Facebook”un erməni seqmentində Rusiya hərbi bazasın Ermənistandan çıxarılması barədə aktiv şəkildə çağırışlar edirlər. Səhifə müəllifi hesab edir ki, 102 saylı Rusiya hərbi bazası Ermənistanın heç bir marağını təmin etmədiyi üçün tez bir zamanda respublikanın hüdudlarını tərk etməlidir.

Kütləvi İnformasiya Vasitərinin verdiyi məlumata görə, məhkum olunmuş Valeri Permyakovun erməni ailəsinə qarşı törətdiyi cinayət bütövlükdə rus hərbi bazasının erməni xalqının təhlükəsizliyini nə qədər mühafizə etməsi kimi yanaşılır. Ermənilər Vladımir Putinin karikaturalarını səhifələrdə yerləşdirməklə rus hərbi bazalarının çıxarılmasına nail olmaq fikrindədirlər .

Bu səhifələrin yayılmasının müəllifi “Soros” fondunun keçmiş əməkdaşı və bu yaxınlarda ölkənin hökümət dairələrinə işə düzələn Daniel İonisyandır. Bir neçə faktlarla demək olar ki, Ermənistanın müdafiə naziri David Tonoyan rus hərbi bazasının Ermənistanda qalıb-qalmaması barədə müqaviləyə yenidən baxılmasını bəyan etmişdi. Bunun nəticəsi olaraq Paşinyanın tərəfdarları ilə rus qoşunları arasında destruktiv çağırışlara gətirib çıxaran Panik kəndində insident yaşanmışdı.

Yəni Paşinyanın hakimiyyətə gəlişindən sonra formal olaraq Rusiya ilə əlaqələrin sıx olacağı təəssüratı yaradılır. Halbuki gələn məlumatlar onu deməyə əsas verir ki, erməni hökümətin vəzifəli şəxsləri artıq açıq-aşkar anti-Rusiya kampaniyası aparırlar. Bu o deməkdir ki, Ermənistan artıq Rusiya üçün əvvəlkitək mülayim iqlim vəd etmir.

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə