Gəncədə yeni ATS istifadəyə verilib

Gəncədə yeni ATS istifadəyə verilib

Rabitə işçilərinin peşə bayramı münasibəti ilə Gəncədə 54 saylı ATS elektronlaşdrıldıqdan sonra istifadəyə verilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə təşkil olunan tədbirdə Gəncə şəhərinin bir sıra dövlət qurumlarının nümayəndələri iştirak edib.

Qeyd olunub ki, son zamanlar ölkədə rabitə sahəsinin yenidən qurulması yönümündə geniş tədbirlər planı həyata keçirilir. Elə 54 saylı ATS-in elektonlaşdırılması deyilənlərin bariz sübutudur. Yeni nəsil texnologiyalarla tam yenilənən ATS-in tutumu 10 mindən 15 minə çatdırılıb. Ayrıca təlabat olduğu təqdirdə abonent tutumu 30 minə çatdırıla bilər.

Bundan əlavə ATS-in elektonlaşdırılması ilə abonentlər bir sıra yeni xidmətlərdən də yararlana biləcəklər. İlin sonuna kimi isə 55 saylı ATS-in elektronlaşdırılması nəzərdə tutulub. Hazırda bu istiqamətdə iş aparılır.

Dekabrın 27-nə kimi isə 55 saylı ATS-in elektronlaşdırılaraq istifadəyə verilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə